Elif Şafakdan yazmağın 11 qaydası

Elif Şafakdan yazmağın 11 qaydası
3 iyun 2013
# 15:05

Ünlü türk yazar bunları Britaniyanın "The Telegrapf" qəzetinə açıqlayıb.


1. Yazmaq - yalnızlığa sayğı, ehtiramdır. Dışa yönəlmə yox, içə yönəlmədir. Əyləncə və sosiallaşmanı yox, yalnız keçiriləcək saatları/günləri/həftələri/illəri seçməkdir. Yazarlar arabir yaxşı bir dedi-qodunun, ya da çılğın bir məclisin dadını çıxara bilərlər, amma yazarlıq fəaliyyətinin və həyatımızın canı tam bir yalnızlıqdır.

2. Yazmağı yalnız yazmaqla öyrənmək olar. Qulağa xoş gələn istedad məsələsi işin yüzdən 12-sindən artığı deyil. Çalışmaq işin yüzdən 80-idir. Qalan 8 faiz isə "şans" və "vaxtın, zamanın ruhu"dur, başqa sözlə, bizdən asılı olmayan şeylər.

3. Oxuyun, bolluca oxuyun. Amma elə hey eyni yazarları oxumayın. Mütaliəniz mümkün qədər əhatəli və qeyri-rasional, nəyi tapdınızsa, onu oxumaq olsun. Nəsr yalnız qurmaq, düzüb-qoşmaq demək deyil.

4. Elə kitab yazın ki, özünüz də onu sevəsiz. Əgər yazdığınız şeydən zövq alırsınızsa (bu onu yazarkən sıxıntı keçirməməyiniz demək deyil) ehtimal ki, insanlar da kitabı oxuyarkən eyni hisslər keçirəcək. Yazar və əsəri arasında bir eşq hekayəti yoxdursa, oxucu ilə o əsər arasında da sevgi olmayacaq.

5. Depressiyadan qorxmayın. Bu yolu gedənlər üçün yolun ayrılmaz parçasıdır o. Amma depressiyanı romantikləşdirmək də lazım deyil. İstədiyi vaxt gəlib-gedən ruhən müstəqil, ipinin üstünə odun yığılması mümkün olmayan bir dost kimi baxın ona.

6. Özünüzə, yazdıqlarınıza qarşı amansız olun. Kəsib atın. Məhv edin. Dəyişdirin. Bütöv səhifələri çıxarın. Pis yazı pis əlaqə-münasibət kimidir. Yalnız hər üzünə bələd olduğunuz, yolun-yolağasın bildiyiniz üçün ondan asılı hala düşməyin. Atın getsin.

7. Amma obrazlarınıza qarşı amansız olmayın. Onlara xor baxmayın. İşimiz yaratdığımız surətləri mühakimə etmək deyil, onları anlamaq və insanların anlamasına imkan yaratmaqdır. Təəssüb - açar sözcükdür.

8. Nə edirsiz edin, amma yazdığınız romanın mövzusu haqda danışmayın, açıqlama verməyin. Agentiniz və ya naşirinizlə birlikdə yeyəcəyiniz yeməyin keyfini qaçırmaqdan başqa bir işə yaramaz bu. Kimsə nə üzərində işlədiyinizi soruşanda şərabınızdan bir qurtum alın və hər hansı ipucu verməyərək kainatın gizli güclərini hərəkətə gətirməyəcək, amma əsərə maraq oyadacaq qədər üstüörtülü bir neçə söz çıxsın azınızdan. Bol şanslar!

9. Oxucuları unudun. Tənqidçiləri unudun. Hər kəsi unudun. Lap elə sizdən kənarda bir dünyanın mövcud olduğunu da yaddan çıxarın.

10. Dalana dirənmə deyilən şey əslində yoxdur. Amma əgər ilhamınız gəlmirsə İstanbula çıxın, şəhərin xaosu içində bir neçə gün keçirin: gözləyin, dinləyin. Qağayıları yemləyin və eyni anda həm kiçildiyinizi, həm də böyüdüyünüzü hiss edin.

11. Nəhayət, haqqında danışdığım qaydaların heç birini nəzərə almadan yazın. Yazmağın qaydası yoxdur. Onun gözəlliyidir bu. Heç kəsin bizdən almağa ixtiyar vermədiyimiz müstəqilliyin özüdür bu.

oxuzalı.az

# 1964 dəfə oxunub

Müəllifin son yazıları

# # #