Yunus Oğuzun daha bir tarixi roman çıxdı

Yunus Oğuzun daha bir tarixi roman çıxdı
3 iyul 2017
# 14:02

Yazıçı-publisist Yunus Oğuzun daha bir romanı işıq üzü görüb.

Kulis.azın "Olaylar"a istinadən verdiyi xəbərə görə, müəllifin "Atabəy Eldəniz" adlı kitabı Yunus Oğuzun sayca 7-ci tarixi romanıdır.

Kitaba ön sözü Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor, millət vəkili İsa Həbibbəyli və filologiya elmləri doktoru, akademik, AMEA-nın müxbir üzvü , millət vəkili Nizami Cəfərov yazıb.

Yazıçı bu əsərdə Azərbaycan tarixində mühüm yer tutmuş daha bir bir görkəmli dövlət xadiminin romanını yaradır və Azərbaycan Atabəyliyini dövlət səviyyəsinə qaldıran ilk Atabəy Şəmsəddin Eldənizin həyat və fəaliyyətinə işıq salır.

# 793 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #