«Baş» romanı Moldovada nəşr olunub

«Baş» romanı Moldovada nəşr olunub
21 iyun 2017
# 12:01

Xalq yazıçısı Elçinin «Baş» romanı Kişinyovun «Editura ARS» nəşriyyatında moldav dilində nəfis şəkildə nəşr olunub.

Kulis.azın verdiyi xəbərə görə, əsəri moldav dilinə Aleksandru Vakulovski tərcümə edib. Bu, Elçinin Moldavada nəşr olunmuş üçüncü kitabıdır.

Xatırladaq ki, «Baş» romanı hazırda türk, ingilis və alman dillərində İstanbul, London və Köln nəşriyyatlarında nəşrə hazırlanır.

Bundan əvvəl isə roman «Xudojestvennaya literatura» nəşriyyatında rus dilində nəşr edilmişdi. Kütləvi oxucular üçün nəzərdə tutulmuş və məşhur əsərləri çap edən «Roman-qazeta» da iyun nömrəsini bütünlüklə «Baş» romanının çapına həsr edib.

Bir sıra xarici ölkə nəşriyyatları romanı tərcümə və nəşr etmək üçün müraciət edib.

# 1139 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #