Kənan Hacı tapıldı- YENİLƏNİB

Kənan Hacı tapıldı- <span style="color:red;">YENİLƏNİB
16 mart 2017
# 12:34

12.34.

Bu saatlarda Kulis.Az-ın əməkdaşları Kənan Hacı ilə əlaqə saxlayıblar. O hər şeyin qaydasında olduğunu bildirib.

12.11.

Bu səhər yazıçı Mövlud Mövludun intihar xəbərinin yayıldığı dəqiqələrdə Kənan Hacı da Facebookda müəmmalı status yazıb.

Kulis.Az-ın məlumatına görə yazıçı statusunda bunları qeyd edib: “Yoruldum artıq! Günahlarımın bağışlanacağına ümid edirəm. Salamat qalın”.

Onun telefonu söndürülüb.

Kulis.Az-ın əməkdaşları Kənan Hacının evinə getsə də onu tapa bilməyiblər.

Yazıçının həyat yoldaşı İlhamə Dağlı Kənan Hacının səhər Buzovnaya gedəcəyini bildirib.

Millət vəkili Qənirə Paşayeva da Kənanın evinə gəlib.

Mövzunu diqqətdə saxlayırıq.

# 867 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #