Əjdər Ol yazıçılara təşəkkür etdi

Əjdər Ol yazıçılara təşəkkür etdi
20 fevral 2015
# 15:06

“Hekayədən sonra” layihəsində Etimad Başkeçid, Aqşin, Sahilə İbrahimova və Cavid Zeynallı Əjdər Olun “Eynək” hekayəsini müzakirə ediblər.

Əjdər Olun müzakirəyə münasibətini təqdim edirik.

“Eynək” hekayəmə peşəkar münasibət bildirdiklərinə görə qələm dostlarım Etimad Başkeçidə, Aqşinə, Sahilə xanıma, Cavid Zeynallıya dərin təşəkkürümü bildirirəm. Onların fikirləri mənim üçün çox dəyərlidir. Təqdir və irad - hər bir oxucunun haqqıdır. Oxucu yazarlar hər bir əsərə zövqlərinə və yaradıcılıq imkanlarına görə əl gəzdirə bilərlər. Onsuz da çox vaxt məşhur əsərləri belə axıra qədər qəbul edə bilmirik. İlk oxunuşda hər bir ədəbi mətndə xəyalən ya ixtisar aparırıq, ya da ona əlavələr edirik. Mətnin tam qəbul edilməsi üçün zaman gərəkdir. Bir də ki, əsər yazılana qədər müəllifin, çap olunandan sonra oxucularındır”.

# 922 dəfə oxunub

Müəllifin son yazıları

# # #