Orhan Pamukun masturbasiya bacarığı - QALMAQAL

Orhan Pamukun masturbasiya bacarığı - <span style="color:red;">QALMAQAL
5 yanvar 2015
# 11:41

Türkiyənin “Tərəf” qəzetinin əməkdaşı Yiğit Karaahmet, "Niyyət, qismət ve masturbasiya" adlı yazısında Orhan Pamukun yeni romanı “Kafamda bir tuhaflık”dan bəhs edib. Pamukun bu kitabla yazıçılıq fəaliyyətinin ən ağır işini gördüyünü deyir: “Yaxşı bildiyi burjuaziya, varlı sinfi mövzularından sonra bilmədiyi şeylərdən, şəhərin kasıb məhəllələrindən, gecəqondulardan və yoxsullardan bəhs edərkən bu mövzuları bilmədiyi o dəqiqə hiss olunur. Əsərdə böyük səhvlər edir”.

Romanda cansıxıcı təkrarların olduğunu deyən Karaahmet yazır: “Bütün kitab boyu haqqında bəhs etdiyi baş qəhrəman Mövlud və romanın digər obrazları haqqında olan kitabı oxuyanda elə bir hiss yaranır ki, sanki kimsə sənə cansıxıcı bir film haqqında danışır.“ Karaahmet Pamuku küçə jarqonlarını bilməməkdə ittiham edir. “Şəkər” sözünün narkotik alverçiləri arasında narkotik maddə mənasında işlənmədiyi, konkret ekstazi və başqa həblərə verilən ad olduğunu söyləyir.

Müəllif əsərdə Orhan Pamukun öz həyatında yaşadığı üçün çox yaxşı bildiyi və əla nəql elədiyi yerlər olduğunu da qeyd edir: “Məsələn, masturbasiya səhnələri. Mövludun atasının ona “Əsgər kimi masturabsiya edirsən?“ dediyi səhnədə elə qorxdum ki, elə bildim həqiqətən atamın əlinə keçmişəm. Masturbasiya Orhan Pamukun ən çox işləməyi sevdiyi mövzulardandır. “İstanbul” kitabında da, bu mövzuya geniş yer ayırıb. Səhv etmirəmsə “Yeni Həyat”da da belə bir səhnə var. Pamuk həyatında rol oynayan şeylər haqqında yazanda ustalığını ortaya qoyur”.

# 1112 dəfə oxunub

Müəllifin son yazıları

# # #