Google Earth ilə Şuşaya getmək

Google Earth ilə Şuşaya getmək
8 may 2013
# 11:58

Kulis.Az Zülfüar Rüfətoğlunun "Şuşaya gedirəm" şeirini təqdim edir.

Hər gün Şuşaya gedirəm
Google-un xəritəsində
Gözlərimlə dayanıram
Düz Şuşanın ortasında…

*

Ürəyimdə qorxu da yox-
Nə Haykaz var, nə də Aşot
Mən virtual qəhrəmanam-
Nə avtomat, nə pulemyot?

*

Bu Qoşavəng, bu Amaras,
Bu da atamız Qandzasar,
Bu da onlar tikən bina,
Kilsə tikib allahsızlar…

*

Bu da Şuşa məzarlığı-
Heç bir yerə getməyənlər,
Yatır uçmuş məzarlarda,
Fərarilik etməyənlər.


*

Mən də qorxaq bir kişiyəm,

Elə ki, arvadım yatır,

İnternet dadıma çatır,

Çıxıb Şuşaya gedirəm.

Google-un xəritəsində,

Google anamı ağladır,

Mən hər gecə ağlayıram,

Düz Şuşanın ortasında…


London, 4 Avqust, 2010

# 2975 dəfə oxunub

Müəllifin son yazıları

# # #