Tanınmış jurnalist komaya düşdü

Tanınmış jurnalist komaya düşdü
5 mart 2014
# 11:18

Tanınmış jurnalist Zülfüqar Rüfətoğlu komaya düşüb.

Bu barədə Kulis.Az-a onun ailəsindən məlumat veriblər.

Şəkər xəstəliyindən əziyyət çəkən jurnalist hazırda Bakı özəl klinikalarının birində müalicə edilir.

1958-ci ildə doğulan Zülfüqar Rüfətoğlu 30 ildir ki, peşəkar jurnalist fəaliyyəti ilə məşğul olur. 1995-ci ildən isə BBC Azərbaycan xidmətində çalışır. O, tanınmış şair Rüfət Əhmədzadənin oğludur.

Zülfüqar Rüfətoğlu “Şirbalanın məhəbbəti” filminin ssenari müəllifidir.

Kulis.az Zülfüqar Rüfətoğlunun Google Earth ilə Şuşaya getmək şeirini çap etmişdi.

# 2983 dəfə oxunub

Müəllifin son yazıları

# # #