Elməddin Süleymanov: "İnanmaq haqqında" Ən qısa hekayə

Elməddin Süleymanov: "İnanmaq haqqında" Ən qısa hekayə
17 dekabr 2013
# 11:01

Kulis.Az Elməddin Süleymanovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “İnanmaq haqqında” (425 işarə) hekayəsini təqdim edir.

Anam xərçəngdən xilas olmaq üçün, müharibədən iflic halda qayıtmış atamın sidiyini içərək sağalmağa və hələ də onu sevdiyinə özünü inandırmağa çalışırdı. Hər dəfə sidiyi içdikcə qusur, qusduqca sevgisindən şübhələnirdi. Geriyə qalan altı aylıq həyatında getdikcə qusmamağa, onu daha çox sevdiyinə özünə inandırdı. Bütün o şiddətli ağrılar vaxtı qusub xatırlamadığı anları, əskiylə sildim və o qadını ölümə yaxınlaşdıqca, atamı hələ də sevdiyinə inandırdım. Sonra öldü o qadın. İnanaraq öldü.

# 3725 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #