Kulis.Az-ın iki yaşı tamam olur

Kulis.Az-ın iki yaşı tamam olur
4 aprel 2013
# 10:57

Lent.az saytının mədəniyyət lahiyəsi kimi 2011-ci ilin aprel ayının 4-dən fəaliyyət göstərir.

Jurnal milli və bəşəri mədəni prosesin bütün çalarlarını Azərbaycan oxucusuna təqdim edir. Dərgidə mədəniyyətin müxtəlif sahələrinə, o cümlədən ədəbiyyat, teatr, kino eləcə də televiziya haqqında analitik yazılar çap edilir. Oxucular burda eyni zamanda Azərbaycanda, eləcədə dünyada gedən mədəni proseslər, ədəbiyyat hadisələri, kinoda, teatrda baş verən yeniliklərlə tanış ola bilirlər.

Elektron dərgidə vaxtaşırı Azərbaycanın tanınmış yazıçıları, mədəniyyət və incəsənət adamları ilə müsahibələr dərc edilir. Kulis.az dərgisi Murad Köhnəqala, Aqşin Yenisey, Günel Mövlud, Şərif Ağayar, Qismət Rüstəmov, İlqar Rəsul, Sevda Sultanova, Seymur Baycan, Vüsalə Məmmədova, Xalid kazımlı, Mahir Mehdi, Məmməd Süleymanov, Azər Qaramanlı, Azad Yaşar, Elmir Mirzoyev, Seyfəddin Hüseynli, İlham Tumas, Cəlil Cavanşir, Kənan Hacı, Salam Sarvan və s. kimi şair, yazıçı və publisistlərlə əməkdaşlıq edir. Adları çəkilən yazarlar dərgidə mütəmadi olaraq öz publisistik və bədii yazıları ilə çıxış edirlər.

Dərgi ancaq internetdə yayımlanır və hər gün yenilənir.

# 2750 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #