Leykoz xəstəsi haqda roman çıxdı

Leykoz xəstəsi haqda roman çıxdı
4 may 2016
# 13:24

Leykoz xəstəsi haqda roman çıxdı

Leykoz xəstələrinin həyat mübarizəsinin əks olunduğu kitab-“Qardələn” işıq üzü gördü.

“Xan” nəşriyyatında gənc yazar Nargisin (Nərgiz İsmayılova) ikinci kitabı olan “Qardələn” işıq üzü görüb. Kulisin məlumatına görə kitabın redaktoru Müşfiq Xandır.

Şəbnəm leykoz xəstəsidir. O bütün maddi və mənəvi çətinliklərə baxmayaraq xəstəliklə mübarizə aparmağı seçir. Bu yolda ona müxtəlif insanlar yaxından kömək edir. Hadisələr bir neçə ölkədə baş verir və realdır. Kitabda bir nəfərin timsalında insanın yaşadığı müxtəlif psixoloji və duyğusal hadisələr, ruh halının mərtəbələri, ölümə yaxınlıq, həyatı dərk edib, sevmək kimi məsələlərə diqqət çəkilir. Kitabda yer alan hadisələr real olması ilə yanaşı, həm də ölümü yaxınında hiss edən insanın onu görməzdən gələrək həyatı qucaqlaması, ölümlə həyatın sərhəddində dayanan qadının qorxmadan ölümlə mübarizəsi təsvir edilir.

Kitabın təqdimetmə mərasimi 8 may 16:oo-da Bakı şəhərində yerləşən kitabevim.az mağazasında keçiriləcək.

# 1123 dəfə oxunub

Müəllifin son yazıları

# # #