Şərif Ağayarın romanı çap olundu

Şərif Ağayarın romanı çap olundu
16 noyabr 2015
# 10:47

Tanınmış yazıçı Şərif Ağayarın “Gülüstan” romanı çap olunub.

Kulisin verdiyi xəbərə görə, “Qanun” nəşriyyatında işıq üzü görən romanda əhvalatlar xəyali Gülüstan qəsəbəsində baş verir.

Əsərin qəhrəmanı Adil Əminov (Adəm) tarix müəllimidir, təyinatla Gülüstan qəsəbəsinə işə gəlir. Onun bu qəsəbədə çoxlu qaçqın tanışları, həmkəndliləri yaşayır. Onlara qəsəbədə yeni evlər verilib. Hacı Süleymanın tozlu düzəngahlarından toplanıb bura gətirilən insanlara xoşbəxtlik və parlaq gələcək vəd olunur. Bu vədlər nə qədər realdır? Romanda bu suala cavab axtarılır və yeni qəsəbə Adəmin yaddaşında dərdin-dərin xatirələr oyadır.

Onun vaxtilə sevdiyi Həyat da, yaxın dostu Ehtiram da Gülüstan qəsəbəsindədirlər. Gülüstan onların da taleyinə təsirsiz ötüşməyib. İndi isə Adəm özü bu qəribə məkanın cazibəsinə düşür.

“Gülüstan” romanı Sədi Şirazi və Bəxtiyar Vahabzadənin eyni adlı əsərləri ilə intertekstualdır. Eyni zamanda, əsərdə Kafkanın, Stendalın, Buninin, Mirzə Cəlilin əsərlərinə, ilahi və mifik mətnlərə göndərmələr vardır.

Kitabı şəhərimizin kitab mağazalarından və “Qanun” nəşriyyatından əldə etmək olar.

# 2211 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #