Nobelli yazıçı dünyasını dəyişdi

Nobelli yazıçı dünyasını dəyişdi
13 aprel 2015
# 14:05

Məşhur Alman yazıçısı, Nobel mükafatı laureatı Günter Qrass dünyasını dəyişib. APA-nın Lenta.ru-ya istinadən verdiyi məlumata görə, yazıçı aprelin 13-də 87 yaşında vəfat edib.

G. Qrass 2012-ci ildə İsrailin İrana qarşı siyasətini sərt tənqid etdiyinə görə, İsrail onu anti-semitizmdə ittiham edərək, “persona non grata” elan etmişdi.

Qeyd edək ki, G. Grass 1927-ci ildə anadan olub. Yazıçı müasir alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. 1999-cu ildə yazdığı “Tənəkə təbil” əsərinə görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. “Siçovul”, “Mənim yüz ilim”, “İblisin gündəliyindən” və s. məşhur romanların müəllifidir.

# 984 dəfə oxunub

Müəllifin son yazıları

# # #