“Ədəbi Azadlıq-2015”  başladı

“Ədəbi Azadlıq-2015”  başladı
9 aprel 2015
# 14:31

“Ədəbi Azadlıq-2015” müsabiqəsinə start verildi. Kulisin məlumatına görə bu barədə Azadlıq Radiosunun mədəniyyət portalı olan oxuzali.az-da məlumat yerləşdirilib.

“Ədəbi Azadlıq-2015” müsabiqəsinə hər kəs qatıla bilər. Msabiqəyə indiyəcən İnternet məkanında çap edilməmiş əsərlər qəbul edilir (sosial şəbəkələr və şəxsi bloqlar istisna olmaqla). ekayə və şeirlər üçün heç bir mövzu məhdudiyyəti yoxdur. Hər bir kəs həm hekayə, həm də şeir müsabiqəsinə qatıla bilər.

Şeir müsabiqəsinin maksimum 2 şeir göndərmək olar. Hekayə müsabiqəsinə isə yalnız 1 hekayə yollamaq olar (həcmi 12 min kompüter işarəsini keçməməlidir). Müsabiqələrdə təxəllüslə iştirak etmək olmaz.

O ki qaldı hədiyyələrə, 8 notebook sahibini gözləyir. Həm hekayə, həm də şeir nominasiyasında bütün mükafat sahiblərinə (1 dənə 1-ci, 1 dənə 2-ci və 2 dənə 3-cü mükafat) notebook hədiyyə ediləcək. Əsərlərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Əsər qəbulu aprelin 8-dən mayın 4-cən (həmin gün də daxil olmaqla) davam edəcək. Xahiş olunur e-maildə əsərinizi müsabiqəyə göndərdiyinizi qeyd edin ki, OxuZalına çap üçün göndərilənlərlə səhv salınmasın.

# 934 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #