Nobel Sülh Mükafatı Əkrəm Əylisliyə verilmədi

Nobel Sülh Mükafatı Əkrəm Əylisliyə verilmədi
10 oktyabr 2014
# 13:32
2014-cü il Nobel Sülh Mükafatına Kaylaş Satirti (Kailash Satryarthi) və Malale Yusafzay (Malala Yousafzay) layiq görülüb.

APA-nın xəbərinə görə, onlar “Uşaq və gənclərin əzilməsinə qarşı və bütün uşaqların təhsil alması uğrunda apardıqları mübarizə” ilə əlaqədar bu mükafatı alıblar.

Hindistanlı aktivist K. Satirti 1954-cü ildə doğulub, uşaq hüquq müdafiəçisidir. Pakistanlı hüquq müdafiəçisi Malale Yusafzay isə cəmi 17 yaşındadır.

Xatırladaq ki, bu il mart ayında dünyanın bir sıra ictimai xadimləri azərbaycanlı yazıçı Əkrəm Əylislini 2014-cü il Nobel sülh mükafatına namizəd göstərmişdilər.

# 1768 dəfə oxunub

Müəllifin son yazıları

# # #