Məşhur ispan şairindən 3 Şeir

Məşhur ispan şairindən <span style="color:red;">3 Şeir
16 mart 2019
# 17:32

İspan şairi Federiko Mayor Saraqosa ispan poeziyasında postmodernist şeirləri ilə tanınır. Daha çox Madrid və şəhərin memarlığını, insan və zaman anlayışlarını fəlsəfi cəhətdən araşdırmağı sevir. Qədim yunan mifologiyası əsasında “Jafrey” şeirlər tolusu 2011-ci ildə İspaniyada ən çox oxunan kitablar arasında ilk onluğa düşmüşdür. Tənqidçilər F.Saraqosanın yaradıcılığını sentimental düşüncənin əksi olaraq görmüş, onu realist bədii təfəkkürün yeni imzası kimi təqdim etmişdilər.

Kulis.az ispan şairi Federiko Mayor Saraqosanın 3 şeiri...

Jertini halqası...

Zaman itəndə

Bir də axtarma...

Qayıtmaqla korlama

Fırlanan dünyanın qanunlarını...

Axşam düşür, kor dilənçinin ayaqları

Göy üzünün nizamını qoruyur...

Başqa gün olmasa

Dünəni xatırlayıb

Sabahı sevməyi öyrən...

Kunar parkında gəzinti

Sahil boyu işıq dirəkləri

Yol göstərir piyadalara...

Bu şərtlə yağış yağır

Bu şərtlə qar yağır...

Heç kim sevmir həqiqəti

Məsələn ölümlə bağlı gülüşlər də

Üzümüzdə donur....

Madrid səhəri

Bir siqaret,

Bir qəhvə

Bir boz pişik

Mənzilimdə dolaşır...

Xatirələr küləklərə qoşulub

Şəhəri gəzməyə başlayır...

Madrid səhəri açılmır,

Gecə isə düşməyə tələsir...

Tərcümə etdi: Xəyal Paşayev

Kiyev Dövlət Universitetinin Tərcümə fakültəsinin III kurs tələbəsi

# 2753 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #