Kafkanın pornoqrafik hekayəsi- DİLİMİZDƏ İLK DƏFƏ

Kafkanın pornoqrafik hekayəsi-<span style="color:red;"> DİLİMİZDƏ İLK DƏFƏ
30 sentyabr 2016
# 12:13

Frans Kafka “Pornoqrafik melodram” adlı avtobioqrafik hekayəsini 1920-ci ildə yazıb. Bu hekayə onun etirafı hesab olunur. Kulis.Az Ayxan Ayvazın tərcüməsində Kafkanın həmin hekayəsini təqdim edir.

Pornoqrafik melodram

İlk gecəmi xatırlayıram. O vaxt Zeltnergasda yaşayırdıq və üzbəüzdə bir şirniyyat dükanı vardı, qapı ağzında hər zaman bir xidmətçi qız dayanardı. Artıq yaşım iyirmini keçmişdi. Üst qatdakı otaqda dövlət imtahanına girmək üçün əlimə keçənləri içəri doldurub dayanmadan məşğul olur, var-gəl eləyirdim. Yay idi, həmin il yaman bürkülər düşmüşdü. Ağzımda qorxunc Roma hüququ iki dəqiqədən bir pəncərənin qabağında dayanırdım. Axır-axırda him-cimlə bir-birimizi anlayıb görüş təyin elədik. Onunla saat 8-də görüşəcəkdik, amma o axşam aşağıya düşəndə orda başqa bir adamı da gördüm. Yaxşı ki, bu elə də bir şey dəyişdirmədi. Mən bütün dünyadan qorxurdum, ona görə də rastıma çıxan bu adamdan da qorxdum. İşdi adam orda olmasaydı da, mən ondan qorxacaqdım.

Qız adamın qoluna girdi, ancaq işarə elədi ki, onların dalınca gəlim. Və beləcə, Şützeninsel parkına gəlib çıxdıq. Orda pivə içdik. Mən masanın kənarında dayanmışdım. Sonra ordan uzaqlaşdıq. Onları izləyirdim. Yavaşca qızın qaldığı binaya gəldik, qəssab dükanları olan bir yerə. Adam orda qızla sağollaşdı, qız da tez-tələsik evə girdi. Qapıdan çıxıb təzədən yanıma gələnə qədər gözlədim... Və Kleintseitdə (çayın qarşı tərəfində) bir otelə getdik.

Bunların hamısı əsəbləri pozan, həyəcanlı və çirkin şeylər idi. Oteldən əvvəl də, otelin özündə də fərqli heç nə yoxdu. Və səhərə yaxın hələ də isti və gözəl idi o.

Çarles körpüsünün üstündən keçib evə qayıtdıq. Şübhəsiz, xoşbəxt idim. Ancaq bu xoşbəxtlik bədənimin sonsuz çığırtısından bir az aralandığıma görə olmuşdu. Hər şeydən vacibi xoşbəxtliyim bütün bunların daha da çirkin və daha da pis olmaması səbəbindəndi.

Qızla ondan sonra bir dəfə də bir yerdə oldum, mənə elə gəlir, iki gecə sonra olmuşdu bu. Hər şey birincidəki kimi yaxşı alındı. Həmin gündən həmən sonra bağ evinə getdim, bir qızla mazaqlaşdım. Praqaya qayıdanda xidmətçi qızı görməyə belə dayana bilmirdim. Ona bir söz demədim. Düşünürdüm ki, qız mənim ən böyük düşmənimdi. Halbuki yaxşı xasiyyəti vardı, səmimi qızdı. Baxışlarından məni anlamadığı hiss olunurdu. Onunla düşmənçiliyimin yeganə səbəbinin bu olmadığını deyə bilmərəm, çünki heç də elə deyildi. Bir az pis bir şey çıxdı ağzından (indi deməyə dəyməz), amma bunun xatirəsi qaldı, o anda anladım ki, bunu unutmayacam. Eyni zamanda bilirdim, ya da inanırdım. Bilirdim ki, bu çirkinliyin və pisliyin zahiri görünüşlə, ya da heç bir şeylə bağlılığı yoxdur. Əslində dərinlərdə bununla bağlı olmalıydı və bu çirkinliklə pislik (onun xırda bir hərəkəti və sözü mənə verilən kiçik bir işarə idi) məni dəlicəsinə otelə çəkən şeyin lap elə özü idi. Yoxsa mən bütün gücümlə ondan qaçardım.

Və həmişə o zaman olduğu kimi qaldı. İllərcə susqun qaldıqdan sonra bədənim bir az çirkin, bir az parlaq bir az çirkinlik, xəfif itələyici, əzab verici hala düşdü. Bədənim pis bir şey üçün duyulan arzuya dayana bilməyəcəkdi, sarsılacaqdı. Bunun ən yaxşısında belə mənə aid olan bir şeylər var idi, bir az pis bir qoxu, bir az turş, bir az da cəhənnəmdən bir parça.

# 1833 dəfə oxunub

Müəllifin son yazıları

# # #