Kənan Hacı AYB-yə qayıtdı

Kənan Hacı AYB-yə qayıtdı
11 noyabr 2015
# 15:37

Kənan Hacı AYB sıralarına bərpa edilib. Bu barədə Kulisə AYB katibliyindən məlumat verilib.


Bildirilib ki, Kənan Hacının səhhəti və bir müddət öncə yazdığı ərizə nəzərə alınaraq yenidən birlik sıralarına qəbul edilib.

Yazıçı Kənan Hacı da xəbəri təsdiq edib: “İki il bundan qabaq müraciət eləmişdim, indi baxılıb. Bayaq mənə də zəng edib bu şad xəbəri verdilər. Xahişi nəzərə alıb məni AYB sıralarına bərpa etdikləri üçün onlara təşəkkür edirəm.”

Xatırladaq ki, Kənan Hacı 2010-cu ildə AYB-nin fəaliyyətinə etiraz edərək üzvlükdən çıxdığını bəyan eləmişdi.

# 1048 dəfə oxunub

Müəllifin son yazıları

# # #