“Yazı”nın 15-ci sayı satışda

“Yazı”nın 15-ci sayı satışda
30 sentyabr 2015
# 10:56

“Yazı” ədəbiyyat dərgisinin 15-ci sayı işıq üzü görüb.

Bu barədə Kulisə jurnalın baş redaktoru məlumat verib

Jurnalın bu sayında Rasim Qaracanın şeirləri, Rövşən Yerfi, Usuboğlu, Şərif Ağayar, Natiq Məmmədli, Müşfiq Xan, Etibar Salmanlı, Namiq Hüseynli, Rövşən Danyeri, Ayxan Ayvaz və digər müəlliflərin hekayələri, Azad Qaradərəlinin “Şüşə ev” romanının davamı çap olunub.

Eyni zamanda Ziba Xəlil, Kənan Hacı, El-Sevər, Furqan, Vəfa Mürsəlqızı və Qalib Bəhramoğlunun şeirləri yer alıb.

Dərginin “Çevirmə” rubrikasında Xulio Kortosar, M.Saltıkov-Şedrinin əsərlərindən nümunələr, “Esseistika” bölümündə Niyazi Mehdinin “Dilüstü və diliçi gəzişmələrdən” adlı essesinin əvvəli və Tomas de Valın “Əli və Nino” məqaləsi verilib.

Dərgidə digər rubrikalar və maraqlı yazılarla tanış olmaq mümkündür.

# 925 dəfə oxunub

Müəllifin son yazıları

# # #