#

İlqar Fəhmi və Fərid Hüseynə yeni vəzifə

İlqar Fəhmi və Fərid Hüseynə yeni vəzifə
7 aprel 2014
# 13:22

Yazıçı İlqar Fəhmi “Ulduz” jurnalının baş redaktor müavini təyin edilib.

Bu barədə Kulis.az-a Azərbaycan Yazıçılar Birliyindən (AYB) məlumat verilib.

AYB-dən aldığımız başqa bir məlumatda isə bildirilir ki, yazar Fərid Hüseyn “Ədəbiyyat qəzeti”nə şöbə müdiri təyin edilib.

İslahatların bundan sonra da davam edəcəyi gözlənilir.

Xatırladaq ki, bir neçə gün öncə yazıçı Elçin Hüseynbəyli “Ulduz” jurnalının baş redaktoru vəzifəsindən azad edilmiş və “Ədəbiyyat qəzeti”nin baş redaktoru təyin olunmuşdu. Şair Qulu Ağsəs isə “Ulduz” jurnalının baş redaktoru təyin edilmişdi.

# 2930 dəfə oxunub

Müəllifin son yazıları

# # #