Mövlud Mövlud intihar etdi

Mövlud Mövlud intihar etdi
16 mart 2017
# 10:18

Binəqədi rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində r7-ci mikrorayonun Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Mövlud Abdullayev Mövlud Mövlud imzası ilə mütəmadi olaraq dövri mətbuatda çıxış edirdi.

# 1440 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #