Afaq Məsud ərəb mətbuatında

Afaq Məsud ərəb mətbuatında
14 oktyabr 2016
# 12:39

Misirin məşhur “Əxbər əl-Ədəb” qəzetində görkəmli Azərbaycan yazıçısı, Əməkdar incəsənət xadimi Afaq Məsuda həsr olunmuş məqalə və yazıçının “Can üstə” hekayəsi dərc edilib.

Kulis.az SalamNews-a istinadən xəbər verir ki, “Afaq Məsud: zəngin və çoxşaxəli yaradıcılıq yolu” başlıqlı məqalədə yazıçının yaradıcılığının müxtəlif mərhələlərinə toxunulur, 80-ci illərdən bu yana işıq üzü görmüş romanlarında, hekayə və pyeslərində insan və onun daxili aləmi, üzləşmək məcburiyyətində qaldığı mənəvi-psixoloji problemlər, müasir qadının ailədə və cəmiyyətdə durumu kimi aktual mövzulara geniş yer verildiyi vurğulanır.

20-dən çox ərəb ölkəsində yayımlanan “Əxbər əl-Ədəb” qəzetində nəşr edilən ilk azərbaycanlı yazıçı haqqında məqalənin müəllifi və hekayənin ərəb dilinə tərcüməçisi Misir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi, doktor Əhməd Sami Elaydidir.

# 1431 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #