Stilistika və ədəbi redaktə

Stilistika və ədəbi redaktə
10 mart 2016
# 15:57

O.A.Kazakova, S.V.Malerveyn, L.M.Rayskaya, T.B.Frik

Stilistika və ədəbi redaktə

Mətn ədəbi redaktə obyekti kimi

Filologiyada "mətn" termininin üç cür izahı var. Mətn məqsədyönlü nitq yaradıcılığı fəaliyyətinin nəticəsi, yazı mənbəyi, nitq əsəri kimi anlaşılır. Birinci traktovka (izah) daha genişdir. O, mətni danışıq prosesinin şüurlu şəkildə təşkilinin nəticəsi olaraq, müəyyən bir fikrin ifadə olunması üçün başqa bir müəyyən formaya çevrilməsi kimi təsvir edir. Mətnin ən mühüm, əhəmiyyətli əlamətləri (yəni ki mütləq və mütləqdirsə, deməli canlı) bunlardır:

a) informativlik kateqoriyası;

b) rabitənin bütün növlərində özünü büruzə verən, mətndə müxtəlif hissələrin, faktların, müddəaların ardıcıllığı və bir-birindən asılılığını təmin edən bağlılıq kateqoriyası;

v) oxucu və ya dinləyici olan rabitəçinin maraq orientasiyasının çoxsaylı üsul və vasitələrini realizə edən rabitə kateqoriyası;

q) tamlıq kateqoriyası - izahla mətnin müəyyən nitq situasiyasına və oradan da bu və ya digər konkret mətn tipinə aid edilmiş, tipik komponentlər, struktur və kompozisiya etalonları oxucu və dinləyicilərçün sabit, təkrarlanan janr kimi başa düşülür.

d) mətnin əvvəli ilə sonu arasında formal sərhədlər müəyyən edən, mətnin müxtəlif növ başlıq və sonluğu kimi realizə olunan ayrıcalıq və ya qapalılıq kateqoriyası.

İnformativ və vəhdət kateqoriyaları haqqında daha çox təfərrüatlara varaq. Mətn informasiyası bir neçə yerə bölünür:

a) mətnin faktiki informasiyası - mətndə hadisənin yeri, iştirakçıları, işin gedişatı, əmmələr və həmin hadisənin nəticələri və s. haqqında informasiya;

b) mətnin tematik (mövzu) informasiyası - faktual informasiyanı birləşdirən, onun mövzusu və alt mövzusunu bir yerə gətirən informasiyadır;

c) konseptual (ümumi təsəvvürlər) informasiya - mətnin ideya və əsas fikrini özündə cəmləşdirən informasiyadır;

j) mətnaltı informasiya - konseptual informasiyanın Ezopsayağı və ya daha aydın formalarındakı mənalar növündən biridir;

v) konseptual informasiya - mətnin ideyasını və əsas tərəflərini özündə cəmləşdirir;

q) mətnaltı informasiya - konseptual informasiyanın fikirlər şəklində bir növüdür;

d) janr-komponent informasiyası - mətn informasiyasının xüsusi növü; bu informasiya hər bir konkret mətnin hüdudlarında özünü büruzə verərək, eyni vaxtda hansısa bir janra aid olan tam bir sinif mətnləri səciyyələndirir.

Bu janr-komponent informasiyası xüsusi olaraq təsdiq edilmiş struktur mətnlərində olur, məsələn, müxtəlif növ hekayələrdə. Başlıcası, mətnin yaradılmasında əsas məqsəd informasiyanın çatdırılmasıdır. İnformasiyanın ümumi kəmiyyəti onun dolğunluğudur. Lakin hər şeydən əvvəl yeni informasiya dəyərlidir, lazımlıdır, yəni praqmatikdir (hadisələrin yalnız zahiri əlaqə və ardıcıllıq cəhətdən təsviri). Məhz bu mətnin informasiyalılıq dərəcəsidir.

Mətnin informasiya ilə dolğunluğu - mətnin keyfiyyətinin göstəricisidir. İnformasiyalılıqsa nisbidir. Çünki informasiyanın lazımlılıq dərəcəsi potensial oxucudan asılıdır. Mətnin informasiyalılığı oxucu üçün onun yenilik dərəcəsindən - mövzu və müəllif konsepsiyasından, fikir predmetinin müəllif qiymətləndirməsi sistemindən asılıdır. Müəllif bədii, qəzet, elmi-populyar mətnləri necə deyərlər orta səviyyəli oxucudan ötrü (orta məktəb proqramını mənimsəmiş) nəzərdə tutur. Məsələn, elmi məqalənin müəllifi öz mətnini elmin bu sahəsinin mütəxəssisinə uyğun olaraq yazır. Və bu müəllif onu "orta səviyyəli oxucu" hesab edəcək. Ona görə də mətndə informasiyanın lazımlılıq dərəcəsi oxucu səviyyəsinin mətnin informasiya keyfiyyətinə uyğun olub olmamağı və analoji olaraq müəllifin səviyyəsinə əsasən müəyyənləşdirilməlidir. Bu nöqteyi-nəzərdən oxucuları üç qrupa bölürlər:

1) müəllif əsaslanmasına uyğun, yəni orta oxucu üçün nəzərdə tutulmuş;

2) orta oxucu səviyyəsinə çatmayan oxucu;

3) tezaurusu müəllif tezaurusundan üstün olan oxucu.

Məlum məsələdir ki, üçüncü qrup oxucu üçün mətndəki faydalı informasiya sıfra, informasiya bolluğu isə 100 faizlə bərabərdir. İkinci qrup oxucuların isə fondakı bilikləri az olduqlarından oxuduqları mətnin faydalılığı kəskin azalacaq.

Birinci qrup oxucular üçün informasiya müəyyən qədər faydalı olsa da, bəzən müxtəlif frazalar, klişelər, bəzi təkrarlar sayəsində o daha bol görünə bilər. İnformasiya ilə çox dolğun olan mətni qavramaq çətin olduğundan, çox informasiyasının tam yoxluğu da mənfi nəticələr verir.

Çox informasiya anlayışına adətən elmi-texniki, rəsmi-işgüzar, tədris sahələrinin mətnlərində rast gəlinir. Mətn bir qayda olaraq, qoyulmuş informasiyanın miqdarı ilə, kənardan toplanılma yolu ilə ifadə olunmuş informasiyanın miqdarının bir-birinə uyğunsuzluğunu özündə cəmləşdirir. Nəticədə oxucunun informasiya qəbul etməsi də adekvat olmaya bilər. Bu cür uyğunsuzluğun səbəbləri mətnin qurulma qaydalarıyla bağlı olduğu üçün obyektiv və oxucunu hazırlılıq dərəcəsiylə (fon biliklərinin azlığına görə) bağlı olduğu üçünsə subyektiv ola bilər. Praqmatik informasiyanı müəyyən ölçüdə nəzərə almaq, mətnin informasiyalılığını məqsədyönlü şəkildə artırmağa yardım edir.

Bunun iki yolu var: intensiv və ekstensiv. Bu iki yolun çərçivəsində mətnin informasiyalılığını artırmağın müxtəlif üsulları var. Müxtəlif mətnlərdə müxtəlif tələbatların yarandığını düşünsək, onların hamısının nəzərə alınması mümkünsüz olar. Bir mətndə həddindən çox hesab edilən məlumat, başqa bir mətndə vacib sayıla bilər. Lazımı ölçünü müəyyən etmək və lazım olanın əldə edilməsi üçün məlumatın verilmə məqsədini nəzərə almaq lazımdır.

Mətnin informativləşməsinin artırılmasının intensiv üsulu, informasiyanın özünün yaddaşda saxlanılması zamanı mətn həcminin ixtisara düşməsi, informasiyanın məhdudlaşdırılması prosesi ilə bağlıdır. İnformasiyanın məhdudlaşdırılması eyni fikri ifadə vasitələrindən daha da qənaətlə istifadə etməklə təsvir olunmasına imkan verir. Ekstensiv üsulsa məlumatlanmanı məlumatın özünün genişlənməsi vasitəsilə ilə artırır. Onun tətbiq olunması şərhin, izahın maksimal şəkildə detallarla təsvir olunmasına və bununla da hadisənin mahiyyətinin varılmasına, tədqiq olunan obyektin zahiri aləmlə rabitəsini daha da dərindən dərk edilməsinə gətirib çıxarır.

Mətndə informasiyanın ekstensiv üsulla artırılması məlumat predmeti haqqında biliklərin genişlənməsini konkretləşdirən, açıqlayan əlavə informasiyanın daxil edilməsi ilə əlaqədardır. Ekstensiv üsulunun daha çox tipik realizasiyası hadisənin və ya predmetin ensiklopediya və lüğətlərdəki şərhləridir. Ekstensiv informasiya müxtəlif formalarda - təyin, izah, şərh, açıqlama kimi əlavə olunur. Verilmiş predmet haqqında onu səciyyələndirən nə qədər çox əlamət göstərilsə, onun haqqında təsəvvürlər bir o qədər çox yaranır. Bu cür izahlı informasiyanı elmi-populyar ədəbiyyatda yeni, faydalı informasiya kimi qəbul etmək lazımdır. Eyni zamanda o, mütəxəssisdən ötrü nəzərdə tutulmuş bir mətndə həddindən artıq çox olduğundan öz keyfiyyətini itirə də bilər.

Buna görə də müəllifin niyyətinin (məqsədini) və oxucu dərketməsinin adekvatlığını əsas problem hesab etmək lazımdır. Mətnin məlumat keyfiyyətlərinin yüksəldilməsi işində haşiyə, istinad və s.-nin rolu heç də az deyil. Öz əhəmiyyətlərinə görə onlar həm də əlavə informasiya hesab olunur, çünki əlavə işarələrin daxil edilməsi ilə əlaqədardırlar. Lakin onların rolu əvvəlcə deyilənlərin izahı deyil, məqsədyönlü şəkildə lazımi informasiyanın tapılmasını təmin etməkdir. Ekstensiv üsul dərsliklərdə, elmi-texniki və bədii ədəbiyyatda da geniş istifadə olunur. Dolğun, həddindən artıq çox məlumata münasibətsə seçimə bağlıdır.

Didaktiv keyfiyyətlərin (məsələn dərslikdə) gücləndirilməsi zamanı o mütləqdir. Burada hətta təkrar məlumat da faydalıdır. Digər hallarda o, ifadənin qüsuru kimi qəbul edilə bilər. Eynilə bu cür həddindən artıq informasiya ilə yüklənmə mətnin müsbət keyfiyyətini aşağı da salır. Çünki o, çətin bir mətnə çevrilir. Mətnin informasiya dolğunluğunun hüdudu onun tipoloji əlamətləri lə təyin olunur. İstənilən halda mətnin məzmun keyfiyyəti yerində olmalıdır. Uyğun olaraq bəzi mətnlərə, onun norması əsasında yatan informasiya minimumu təyin edilir. Bu minimum, informasiyanın qısa və geniş (dissertasiya mətni və dissertasiyanın avtoreferatları) ötürülməsi nəzərdə tutulan mətnlərdə fərqlənir.

Mətn normalarına işgüzar və məlumat ədəbiyyatının yaradılması zamanı ciddiyyətlə əməl olunmalıdır. İnformasiya minimumu mətnin rabitəsidir. O, yüksək səviyyədən ehtimalların proqnozunu verir. Oxucu auditoriyasına öncədən bu cür bələd olmaq bir sıra fakt və situasiyaları bayağılaşdırır. Başqa bir situasiyada, məsələn, tədrisdə didaktik məqsədlə o, genişləndirilə bilər. Xüsusi tapşırıqla, çox vaxt öncədən hazırlanmış proqram üzrə hazırlanan mətnlərdə məlumat dolğunluğu, informasiya minimumu, informasiya norması anlayışları çox vaciblidir. Təbii ki, onların rolu bədii mətlərə müraciətdə kəskin şəkildə aşağı düşür. Lakin burada da kəskin olmasa belə, mətn materialının janr spesifikasıyla (aydındır ki, hekayənin informasiya fondu, romanın informasiya fondu ilə üst-üstə düşmür) bağlı məhdudiyyətlər ola bilər. Mətnin tamlığı - mətnin dərk edilmə kateqoriyasıdır. Psixoloji nöqteyi-nəzərdən mətnin tamlığı mətnin korpusundakı proyeksiya dirəyinin komunikantları ilə dərk olunur.

Bu tapmacanın əsasında müxtəlif janr etalonlarının və fon bilikrinin ehtiyatı sferasında oxucuların və ya dinləyicilərin səriştəliyi dayanır. Bu halda sadalananların mətndə olması vacibdir:

1) informemlər (bildirənlər) - əsas sözlər, söz birləşmələri və konstruksiyalar, delalizasiyanı tələb edən, oxucunu və ya dinləyicini mətnin mövzusu və mövzualtısını təyin edərək, müəllifin mətndə müzakirəyə gətirdiklərini müqayisə etdirir;

2) mətnin mövzualtısıyla əsas mövzusunun kifayət qədər aydın ifadə olunmuş münasibətlərinə nəzər salaraq, kommunikant müəllifin fikir gedişini və mətnin konseptual durumunun ierarxiyasını təyin edə bilər.

3) ifadə olunmuş fəndlər, mətn məzmunu strukturunu quran - oxucu və ya dinləyiciyə fikir və struktur hissələrini ayırd etməyə imkan verir.

Əgər oxucu və ya dinləyici mətnin problematikasında səriştəsiz olarsa, informem əsasında yeni bilikləri strukturlaşdıraraq mətnin dərkedilməsini özünə uyğun formalaşdırır. Hər bir konkret janrda mətnlər tipik olduqları üçün onlar eyni sinonim sözlər, söz birləşmələri, konstruksiyalarda özünü göstərir və janrın tanınma əsasını təşkil edir. Mətnin bu janr individuallığı - mətnlər üçün tipik stil əlamətlərində və məzmunun komponentlər komplektində realizə olunur. Mətndə gözlənilən və ya oxucunun (dinləyicinin) individual informasiyası ehtiyatına zidd olmayan mətn komponentlərini, stil cizgiləri, etalon janr kompozisiyalarını proqnozlaşdıranda və aşkarlayanda, müəlliflə birgə mövzunun açılması və ya problemlərin, düşüncə operasiyalarının açılması üçün forma və mətni uyğunlaşdırmağa çalışır. Əgər uyğunlaşma baş tutsa, bunun nəticəsində mətnin məzunu və mənası barəsində tam təsəvvür yaranır. Linqvistik baxımdan mətnin tamlığı eyni bir janrdakı mətnlərin variantlar birləşməsi vahidinə əsaslanır.

Onlar birlikdə janrın obrazını, modulunu formalaşdırır. Mətnin tamlığı eyni zamanda situasiyanın konkret və ya abstrakt, real və ya təsvir edilənin bir-birinə uyğunlaşmasıdır. Mətn tamlığının təəssüratına qeyd edildiyi kimi həm də onun janrı da səbəb olur. Janr etalonlarına əhəmiyyət verilməməsi, hətta dili yaxşı bilən adamların məhz janr formalarını bilmədiklərindən, yəni tamlıq kateqoriyasının vasitə və üsullarının realizəsini bilmədiklərindən bəzi sferalarda özlərini tamamilə köməksiz hiss etməklərinə gətirib çıxarır.

Rus dilindən tərcümə edən: Xanım AYDIN

“Kaspi”

# 3877 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #