Universitetdə Salam Sarvanla görüş olub

Universitetdə Salam Sarvanla görüş olub
1 aprel 2019
# 11:28

Xəzər Universitetində “Yaradıcı yazı” dərsinin qonağı tanınmış şair Salam Sarvan olub.

Kulis.azın verdiyi xəbərə görə, həftə sonu baş tutan görüşün ilk dəqiqələrində Xəzər Süleymanlının ifasında şairin “Yaşaya bilmirəm” şeiri səsləndirilib.

Sonra tələbələrdən Suqra Əliyeva, Səkinə Ələkbərova, Sadiq Mirzəyev onların salamına gələn şairin yaradıcılığını ümumiləşdirən təqdimatla çıxış ediblər, sevdikləri şeirlərindən söyləyiblər.

“Dillər və ədəbiyyatlar” departamentinin müəllimi Qardaşxan Əzizxanlı Salamın yaradıcılığından danışıb.

Tədbirin sonunda şair “Heykəl tənhalığı” kitabından şeirlər oxuyub.

# 2499 dəfə oxunub

Müəllifin son yazıları

# # #