Fazil İsgəndər vəfat etdi

Fazil İsgəndər vəfat etdi
1 avqust 2016
# 10:18

İyulun 31-də məşhur rus yazıçı Fazil İsgəndər 88 yaşında dünyasını dəyişib. O, uzun müddət xəstəlikdən əziyyət çəkirdi.

XX əsr Rus ədəbiyyatının iki yarısının kalssiklərindən hesab olunan Fazil Abduloviç İsgəndər Abxaziyanın Suxumi şəhərində anadan olub. 1938-ci ildə gələcək yazıçının atası SSRİ-dən deportasiya olunub və oğlunu bir daha görməyib.

Yazıçı ədəbiyyata 1957-ci ildə işıq üzü görən “Dağ cığırları” adlanan şeirlər kitabı ilə qədəm qoyub. 1962-ci ildən nəsr əsərləri yazmağa başlayıb. 1966-cı ildə çap olunan “Kozlotur bürcü” əsərindən sonra yazıçı kimi böyük şöhrət qazanıb.

F.İskəndərin əsərləri, demək olar ki, bütün Avropa dillərinə tərcümə olunub, əsərlərinin motivləri əsasında filmlər çəkilib.

# 836 dəfə oxunub

Müəllifin son yazıları

# # #