Tanınmış şairdən xəbər var

Tanınmış şairdən xəbər var
28 mart 2016
# 16:19

Tanınmış şair Vaqif Bayatlı Odərin səhhəti pisləşib.

Bu barədə şair ondan müsahibə almaq istəyən moderator.az saytına bildirib: “Səhhətim çox pisdir. Təzə dərmanlar yazıblar, onları qəbul edirəm”.

Məlumat üçün bildirək ki, şair uzun müddətdir beyin damarlarının sıxılması və yüksək qan təzyiqindən əziyyət çəkir. Bu səbəbdən hazırladığı “Bəy atlı şeirlər” kitabının da çapı gecikir:

“Kitab elə səhhətimə görə gecikdi. Hazırlamışam. Son korrektura işləri qalıb”.

# 1022 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #