Qəfil qapı döyülə...

Qəfil qapı döyülə...
17 iyun 2014
# 10:03

GunEl Treu

Qəfil Qapı Döyülə...


qəfil qapı döyülə acıb görəm ki, sənsən.
əlində gül dəstəsi, köynəyinin təzəsi...
itirərəm özümü çökərəm dizi üstə.
əyilib qaldırarsan məni çökdüyüm yerdən.

səninlə bu görüşü
xəyal edirəm hərdən...

səni görsəm neylərəm, sarılaram boynuna
möhkəm qucaqlayaram, hönkürüb ağlayaram.
qoxlayaram saçının telini bircə-bircə.
kövrələrsən, əzizim, inan ürəyin yanar
onda görərsən sənə
necə həsrətəm necə!

gözlərimin yaşını əllərinlə silərsən.
bu yerlərdə mən sənsiz nə çəkirəm,
bilərsən!

söykəyərsən üzünü gözlərimdən süzülən,
yaş bürümüş üzümə.
çətin gələm özümə!

xəyallar yorur məni,
nolar, gəl görüm səni...
baş qoyduğum yastığı sinən bilib, yatıram.
aldadıb ürəyimi, öz başımı qatıram!
onsuz da çəkilmirsən gözlərimin önündən.
axşam tez yatıram ki, heç olmasa yuxuda
səni görüm yenidən.

sənin özündən başqa
nə istəyim ki səndən?
qəfil qapı döyülə acıb görəm ki, sənsən...

# 2279 dəfə oxunub

Müəllifin son yazıları

# # #