Tanınmış şair vəfat etdi

Tanınmış şair vəfat etdi
28 aprel 2015
# 10:36

Tanınmış jurnalist, Yazıçılar Birliyinin üzvü, şair Böyükkişi Heydərli dünyasını dəyişib. Ailəsindən APA-ya verilən məlumata görə, Böyükkişi Heydərli bu gün səhər ağır xəstəlikdən vəfat edib.

Onun xərçəngdən əziyyət çəkdiyi bildirilib.

Böyükkişi Heydərli 1950-ci ildə aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb.

İlk şeirləri "Ulduz""Azərbaycan" jurnallarında dərc olunub. 1991-1992-ci illərdə"Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin may ayından başlayaraq uzun müddət "Yeni Müsavat" qəzetində redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub.

Bir müddət yazıçı Qor təxəllüsü ilə çıxış edib. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir. 2001-ci ildə "Səmasız buludlar" adlı şeirlər kitabı işıq üzü görüb.

# 1100 dəfə oxunub

Müəllifin son yazıları

# # #