Umberto Eko vəfat etdi

Umberto Eko vəfat etdi
20 fevral 2016
# 04:22

Məşhur yazıçı, filosof, semiotik-alim Umberto Eko vəfat edib. Kulisin qazeta.ru-ya istinadən verdiyi xəbərə görə 84 yaşlı yazıçı öz evində dünyasını dəyişib.

Umberto Eko 1932-ci ildə İtaliyada anadan olub. Ədəbiyyat aləmində “Gülün adı” və “Fukonun kəfkiri” romanları ilə tanınan yazıçı həm də Orta Əsrlər estetikası və semiotika üzrə mütəxəssisdir.

Eko 1971-ci ildən Bolonya Universitetində işləyib. Tarixçi, filosof, Orta Əsrlər üzrə mütəxəssis olan Eko Ceyms Coys haqqında araşdırmalar müəllifidir.

Yazıçının ilk romanı “Gülün adı” 1980-cı ildə çap olunub.

U.Eko fransız Fəxri Legion Ordeninin kavaleri və bir çox mükafatların sahibi olub.

# 873 dəfə oxunub

Müəllifin son yazıları

# # #