Amerika yazıçısı Filip Rot 86 yaşında vəfat edib.
Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə bu barədə məlumatı yazıçının dostu Cudi Turman yayıb.
Rot son illər həm Nyu-York, həm də Konnektikut ştatlarında yaşayırmış.
- "Mərmər soyuğu" filmi beynəlxalq mükafata layiq görülüb
- Müasir İncəsənət Muzeyində üç rəssamın sərgisi açılacaq
- “AYB-də idarəçilik zəifdir” - Qalmaqal - Video-söhbət
Filip Rot 25-dən çox romanın müəllifidir. 1998-ci ildə Pulitser mükafatını qazanıb. Bundan başqa 2001-ci ildə Frans Kafka, 2011-ci ildə Beynəlxalq Buker mükafatını qazanıb.
Onun adı tez-tez Ədəbiyyat üzrə Nobel mükafatına namizədlər arasında hallanırdı.