GƏL DANIŞAQ

GƏL DANIŞAQ
21 fevral 2013
# 13:26

EYNULLA MÜSLÜM

GƏL DANIŞAQ

ATƏT-in türkcəsi at-ətdisə dəfdən danışaq,

Axura arpa töküb,otdan ələfdən danışaq.

Yox kələkbazdısa qoy biz də tapaq rəngimizi,

Dikəlib durmaq üçün gözləyək öz zəngimizi.

Əgər Avropa pozubsa təmiz ahəngimizi,

Cihada hazır olub çalmalıyıq cəngimizi.

ATƏT-in bir hədəfi varsa, hədəfdən danışaq,

Məqsədi kəfdisə qoy biz də kələfdən danışaq.

O kələfdən ki,ona Qərb özü atmış düyünü,

Dəyişir erməninin xeyrinə hər gördüyünü.

Bilsə də düşmənin hər yerdə Aya hürdüyünü,

Ona terrorçu demir, gizlədir öldürdüyünü.

Varsa haqqın tərəfi, otur tərəfdən danışaq,

Bəlkə Qafqazda bitən milli şərəfdən danışaq.

O şərəfdən ki, şərəf sahibi xaqanlar olub,

Hundan Osmanlıya dünyada böyük qanlar olub.

Doğrudur onda nə ATƏT nə bu fərmanlar olub.

Nə də İranli kimi milli müsəlmanlar olub.

Bəs indi Şah Babama hansı xələfdən danışaq,

Varsa neftin vətənə verdiyi nəfdən danışaq.

# 2907 dəfə oxunub

Müəllifin son yazıları

# # #