Qüsurlu, qeyri-estetik, yarımçıq - Hekayə müzakirəsi

Qüsurlu, qeyri-estetik, yarımçıq - Hekayə müzakirəsi
20 iyul 2023
# 13:55

Kulis.az “Hekayə müzakirəsi” layihəsi çərçivəsində Vüqar Vanın “Bir əsim yel” hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.

Fəxri Uğurlu:

Milyon illik tənhalıq - Fəxri Uğurlu yazır...

"Doğrusu, həcmi kiçik olsa da, hekayəni çətinliklə oxudum. Gənc dostum Vüqar inciməsin, bu, hələ hekayə deyil. Bu, hekayə yazmaq üçün yaddaş kitabçasında aparılan qeydə bənzəyir. Vüqarın nə demək istədiyini, kapitalizm reallığında özünə yer tapa bilməyən gəncin məyusluğunu göstərməyə çalışdığını anlayıram. Ancaq təəssüf ki, niyyət özünə uyğun forma, ifadə vasitəsi tapa bilməyib. Xəlilin psixoloji durumu səthi ifadə olunub. Dostumun yerinə olsaydım, bu yazını üzə çıxarmağa tələsməzdim."

Şərif Ağayar:

Şərif Ağayarın romanı Fransada çap olundu

"Yazıçı həmişə düşünür ki, nə yazım. Lakin, məncə, bundan daha çox "NECƏ yazım?" - düşünməlidir. Bu mənada Vüqar Van ədəbiyyatımız üçün çox vacib, lazımlı, hətta bəlkə, tale yüklü bir mövzuya girişib, lakin hekayənin adından da göründüyü kimi, onu əlüstü yazıb. Yəni NƏ sualının cavabını tapsa da, NECƏ sualında bir balaca tələsib. "Z" nəslinin cavab axtardığı suallardan bu səpkili yazılar çox yazılmalıdır. Mümkün qədər çox. Lakin onun NECƏ tərəfinə də diqqət edilməlidir. Məncə, ədəbiyyat NƏ-dən çox NECƏ sualının cavabıdır. Çünki mövzular nə zamansa köhnəlir, qalan bədii-estetik səciyyə olur. Hekayəni ən azı cəhd kimi yüksək qiymətləndirirəm və uğurlar diləyirəm."

Şəhriyar del Gerani:

Şəhriyar del Gerani: "Azərbaycanlılar Qurana inanmır" - Müsahibə

"Heç şübhəsiz, “Bir əsim yel” hekayəsi Vüqarın potensialından çox-çox aşağıda dayanır. 60-cılar havasında başlayıb çağdaş trend mövzuyla bitən bu nakam hekayə yazıçıdan haqqını almayıb. Müəllif gərək mətnin haqqını versin, mətni sağlam şəkildə ortaya çıxartsın. “Bir əsim yel” hekayəsi qüsurludur. Mətnin ixtiyarı olsa, müəllifdən imtina edər. Ən yeni nəsil yazarlar arasında Vüqar öz nəfəsi olan barmaqsayı imzalardandır. İnanıram ki, o, axtarışları davam etdirib öz gerçək kimliyi olan yazıçı yolunu tapacaq, o yolda ən yaxşı hekayələri, romanları yazacaq."

Sevinc Elsevər:

Balalarımızın taleyinə biganə yanaşılmasın – Sevinc Elsevər yazır...

"Hekayəni bir neçə gün qabaq oxumuşdum. Maraqlı və ağrılıdır. Azərbaycan gəncinin çıxışsızlığı, çarəsizliyi necə dəqiq və ironik əks olunub. Mən özüm də hazırda Vüqar bəyin qəhrəmanının vəziyyətindəyəm. Ona görə mənə lap təsir etdi bu hekayə. Gülməli və ağlamalı vəziyyətdədir müasir insan. Ancaq müasir azərbaycanlının vəziyyəti heç danışmalı deyil. Onun dərdinə kim əncam edə bilər, bilmirəm. Dənizdə boğulduğu halda saman çöpündən yapışan o qəhrəmanın vəziyyətindəyik çoxumuz."

İlham Əziz:

Elvira - İlham Əzizin hekayəsi

"Vüqar Vanın hekayəsini dünən oxudum. Vüqarı oxumazdan əvvəl həddindən artıq fərqli mövqe, kəskin ifadələr ola bilər deyə, hazırlaşıram.

Hekayə süni intellektlə bağlı hissəyəcən klassik, o hissədən sonra modern formada davam edir. Vüqar ekspermentləri sevir. Bu hekayə də o qəbildəndir. İlk abzaslar bənzətmələri, dili, atmosferi baxımından xoşuma gəldi. Amma “Ağac kölgəsində başına Gün əriməsi” bir az izafi olub. Hekayənin davamı sual cavabdı, yeni məsələdi. Biz bu hekayəni yeni forma axtarışı, yaxud yeni formaya cəhd kimi qiymətləndirsək, daha doğru olar.

Hekayənin sonu, məncə, açıq qalıb. Onu yuxarıdakı situasiyaların biri ilə möhürləmək olardı. Hər halda Vüqarın axtarışları sevindirir. Mən ona inanıram!"

# 1632 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #