Detektiv əsər necə olmalıdır? - Təhlil

Detektiv əsər necə olmalıdır? - Təhlil
7 fevral 2023
# 17:40

Kulis.az ədəbiyyatşünas Sərvanə Dağtumasın “Detektiv və ya macəra ədəbiyyatı” adlı yazısını təqdim edir.

Detektiv və ya macəra ədəbiyyatı

Macəra ədəbiyyatına səyahətnamə, ov janrı, dənizçilik daxildir. Macəra ədəbiyyatında təhlükəsizlik orqanlarının işi ilə bağlı işlənən forması isə detektiv adlanır. Detektiv ədəbiyyat və ya kriminal nəsr bilavasitə cinayətə, onun açılmasına, cinayətkarların obrazlarına və motivlərinə diqqət yetirən ədəbi janrdır. Bunu kim etdi? - cinayəti kimin törətdiyinə dair tapmacaya yönəlmiş detektiv hekayənin mürəkkəb süjet versiyasıdır. "Bunu kim etdi?" termini həm də qatilin şəxsiyyətinin tez aydın olmadığı bir işi təsvir etmək üçün qətl müstəntiqləri arasında istifadə olunur. Qətllərin çoxu qurbanın tanıdığı və ya qohum olduğu insanlar tərəfindən törədildiyi üçün “bunu kim edib?” məsələsinin həlli adətən daha çətindir. Detektivin bir janr kimi əsas xüsusiyyəti əsərdə hansısa sirli hadisənin olmasıdır, hansı şəraitdə baş verməsi məlum deyil və aydınlaşdırılmalıdır. Detektivin mühüm xüsusiyyəti ondan ibarətdir ki, hadisənin faktiki halları təhqiqat başa çatana qədər heç olmasa tam şəkildə oxucuya çatdırılmır. Əksinə, oxucu hər mərhələdə öz versiyalarını qurmaq və məlum faktları qiymətləndirmək imkanı əldə edərək, araşdırma prosesi vasitəsilə müəllif tərəfindən idarə olunur. Əsər əvvəlcə hadisənin bütün təfərrüatlarını təsvir edirsə və ya hadisədə qeyri-adi, müəmmalı heç nə yoxdursa, o, artıq sırf detektiv hekayəyə deyil, əlaqəli janrlara (triller, polis romanı və s.) aid edilməlidir.

Detektivin tarixi. “Həqiqət və yalan”-qədim Misir alleqorik nağılı, Sofokl “Çar Edip”, Herodot “Rampsinit və oğru”, Daniel peyğəmbərin kitabından olan "Susanna və Ağsaqqallar", “Minbir gecə nağılları”na daxil olan “Üç almanın nağılı”. “Üç almanın nağılı”nda ilk dəfə süjet bükülməsi metodundan istifadə olunub. Süjet bükülməsi bədii əsərdə süjetin istiqamətini və ya nəzərdə tutulan nəticəsini kökündən dəyişdirən ədəbi alətdir. Bu, hekayənin sonuna yaxın baş verdikdə, buna gözlənilməz sonluq, və ya süjetin bükülməsi deyilir.

Detektivin növləri.

1. Qapalı detektiv, qapalı otaqda qətl, qeyri-mümkün cinayət, fövqəlinsanın törətdiyi cinayət. Edqar Allan Ponun “Morq küçəsində qətli” əsəri "qapalı otaqda qətl" süjetinə əsaslanan ilk detektiv əsər hesab olunur. Artur Konan Doyl “Rəqs edən adamlar”, “Rəngli lent”, Aqata Kristi “On balaca hindli”, “Sıçan tələsi” , “Şərq ekspressində qətl”, Qaston Leru “Sarı otağın sirri”, hake Talbot “Çuxurun kənarı”, Robert Van Qulik “Çin labirinti cinayətləri”, Umberto Eko “Baudolino” və s. qapalı otaq növünə aiddir.

Con Dikson Karr “Qapalı otaq sirrinin ustası” hesab olunur.

2. Rahat detektiv. Seks və zorakılığa daha az yer verildiyi və ya yumorla təqdim edildiyi, cinayətlərin və araşdırmaların kiçik, sıx bir cəmiyyətdə baş verdiyi bir detektiv janr növüdür. Bu növ əsərlərdə detektivlər daha çox qadınlar olurlar.

3. Tarixi detektiv. Cinayətin tarixi hadisələr kontekstində baş verir. Məsələn, V.Eko "Qızılgülün adı". Müasir müəllifin tarixi reallıqlara yerləşdirdiyi detektiv hekayəsi “retro-detektiv” adlanır. Məsələn, Dostoyevski “Cinayət və cəza”, Jan Riçep “İdeal cinayət”.

4. Tərs çevrilmiş detektiv. Cinayətkar hekayənin əvvəlindən tanınır, bu cür əsərlərdə detektivin cinayətkarın təqsirini dəqiq necə sübut edəcəyi vurğulanır. “Həqiqət və yalan” qədim Misir alleqorik nağılı, Sofokl “Çar Edip”.

5. Noir – “qara roman” detektiv. Zorakılıq, jarqon ifadələr, cinsəl istismar və s.Noir janrının əsas xüsusiyyətləri arasında təqdimatın sərt realizmi , sinizm , personajların özünü məhv etməyə meyli, jarqonların bolluğu və süjetdə məcburi cinsi xətt var.

6. Polis detektivi. Polisin baş qəhrəmanlarının şəxsi həyatlarının, çox vaxt dramatik şəkildə nümayiş etdirilməsidir. Süjetin mövzusu ailə vəziyyəti, komandadakı münasibətlər və həyat üçün risk, eləcə də peşəkar fəaliyyətlə əlaqəli stressli mühit ola bilər.

7. Hüquqi və ya leqal detektiv. Hüquq-mühafizə və məhkəmə sistemi "baş qəhrəman" rolunu alaraq əsərdə mərkəzi yer tutur.

8. Casus detektivi, adətən hansısa xüsusi xidmətdə çalışan bir casusun nöqteyi-nəzərindən danışılan, hərəkətli hekayədir.

9. Cinayət romantikası detektivi. Cinayətkarın nöqteyi-nəzərindən danışılan hekayədir.

10. Psixoloji detektiv. Psixoloji konfliktə əsaslanan detektiv elementləri olan trillerin alt janrı.

11. İronik detektiv detektiv janrının postmodernizm izlərini daşıyan atipik növlərindən biridir. İronik detektivdə detektiv araşdırma yumoristik nöqteyi-nəzərdən təsvir edilir və bir sirri açmaq məqsədi daşıyır və hekayə adətən birinci və ya ikinci şəxs tərəfindən aparılır. Çox vaxt bu məcrada yazılan əsərlər detektiv romanın klişelərini parodiya edir. İronik detektiv hekayəsinin inkişafının ilkin mərhələlərində “ironik” anlayışı çox vaxt “reallığın cilalanması” rolunu oynayırdı.

12. Fantastik detektiv. Stanislav Lem “İstintaq”, Sergey Lukyanenko "Genom" və s.

13. Siyasi detektiv. Əsas intriqa siyasi hadisələr və müxtəlif siyasi və ya biznes xadimləri və qüvvələr arasında rəqabət ətrafında qurulur. Həm də tez-tez olur ki, baş qəhrəmanın özü siyasətdən uzaqdır, bununla belə, işi araşdırarkən “güclər” tərəfindən istintaqa əngəl törədilir və ya hansısa sui-qəsd üzə çıxır. Siyasi detektivin fərqli xüsusiyyəti (mütləq olmasa da) əsasdan başqa, tamamilə müsbət personajların mümkün olmamasıdır. Bu janra nadir hallarda saf formada rast gəlinir, lakin əsərin tərkib hissəsi ola bilər.

Detektivdə tipik simvollar. Peşəkar, şəxsi, həvəskar. Çexov “Ovda dram”, Aqata Kristi “On zənci balası” detektivlərdə qatillər fərqlidir.

Çağdaş Azərbaycan ədəbiyyatında realist detektiv romanları bir neçə qrupa bölmək olar:

- siyasi detektiv romanı;

- kəşfiyyat (şpion) detektiv romanı;

- sənədli detektiv romanı;

- macəra detektiv romanı;

- cinayətkarların və cinayətkar dairələrin həyatını əks etdirən detektiv romanlar;

- penitensiar müəssisələrdəki həyatı təsvir edən detektiv romanlar.

Azərbaycan ədəbiyyatında detektiv janrının banisi Cəmşid Əmirovdur. Uzun müddət Cəmşid Əmirov təqiblərə məruz qalmış, əsərlərini oxumaq qadağan olunmuşdur. “Sahil əməliyyatı” əsəri əsasında “İstintaq davam edir” filmi, “Qara Volqa” əsəri əsasında eyni adlı film çəkilmişdir.

Aqata Kristinın “Şirazda ev” detektivinə baxış

Parker Pyne Yaxın Şərq turunda Şirazdadır. O, orada tamamilə tək yaşayan və fars olduğunu iddia edən bir ingilis qadın olduğunu öyrənir. Hamı onu dəli hesab edirdi. Parker Pyne maraqlıdır və ona öz xidmətlərini təklif edir. Personajlar. Cənab Parker Pyne, Cənab Şlaqal, Xanım Ester Karr (Ester-gizli,Karr-bataqlıq), Muriel King. Məkanlar. Tehran, İsfahan, Şiraz.

Əsərin qəhrəmanı qatil olaraq ittiham olunduğundan qorxur və xanımının yerinə keçir. Niyə o, üç il ərzində tamamilə fərqli bir insan kimi davranmağı bacardı? Həmçinin bütün qulluqçuların bu məsələdə kor olması da böyük bir məsələdir. Cənab Parker Payne romantikdir. İnsanların xoşbəxt olmasını istəyir və onlara kömək etmək üçün əlindən gələni edir. O, insanların həqiqətən necə olduqlarını və nəyə qadir olduqlarını görür, onların xarakterinə olan bu fikir-genetik biliklər və s. onu öz cavabına aparır.

# 2821 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #