"Bir zamanlar Amerikada" filminin ulduzu motosiklet qəzasında öldü

"Bir zamanlar Amerikada" filminin ulduzu  motosiklet qəzasında öldü
13 iyun 2023
# 10:40

71 yaşlı aktyor Treat Williams motosiklet qəzasında ölüb.

Kulis.az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.

Aktyorun agenti Barri Makferson onun ölümünün təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, qəza baş verən zaman Williams motosiklet sürüb. Sola dönüş etdiyi zaman isə qarşısına çıxan maşın onu əzib. Williams yaralanıb və onu Nyu Yorkdakı xəstəxanaya çatdırmaq üçün helikopter çağırılıb. Lakin aldığı xəsarətlər nəticəsində aktyor dünyasını dəyişib.

Qəza iyunun 12-də saat 17:00 radələrində Amerikanın Vermont ştatının Dorset kəndi yaxınlığında baş verib. Müstəntiqlər hesab edir ki, avtomobilin sürücüsü motosikleti görməyib.

Treat Williams 1970-ci illərdə məşhurlaşıb. Aktyor Robert De Niro ilə "Once Upon a Time in America" ​​adlı filmdə də rol alıb. Williams rol aldığı filmlər arasında "Marafon adamı", "1941", "Yenidən başla", "Bir zamanlar Amerikada" və s. var.

# 2158 dəfə oxunub

Müəllifin son yazıları

# # #