“Beynəlxalq Kitab Bağışlama Günü” münasibəti ilə Uşaq evi ziyarət olunub

“Beynəlxalq Kitab Bağışlama Günü” münasibəti ilə Uşaq evi ziyarət olunub
15 fevral 2024
# 10:20

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı, “Azərbaycan Kitab, Maarif və Poliqrafçılar” İctimai Birliyinin dəstəyi ilə Bakıdakı 1 saylı Uşaq evi ziyarət olunub.

Kulis.az xəbər verir ki, kitabxananın bir qrup əməkdaşı və uşaq yazarı Sevinc Nuruqızının iştirak etdiyi görüş “Beynəlxalq Kitab Bağışlama Günü” münasibətilə təşkil olunub.

Qeyd edək ki, Respublika Uşaq Kitabxanası və ictimai birlik adından uşaqlara müxtəlif yaş qruplarına dair 275 nüsxə kitab və “Göy qurşağı” uşaq jurnalı hədiyyə edilib.

# 873 dəfə oxunub

Müəllifin son yazıları

# # #