Ala gözlüm, səndən ayrı gecələr - Günün şeiri

Ala gözlüm, səndən ayrı gecələr - Günün şeiri
23 iyun 2023
# 12:00

Bu gün Xalq şairi Nigar Rəfibəylinin doğum gündür. Kulis.az bu münasibətlə "Günün şeiri" layihəsində onun "Neyləyim?" şeirini təqdim edir.

Ala gözlüm, səndən ayrı gecələr,

Bir il kimi uzun olur, neyləyim?

Bağçamızda qızılgüllər hər səhər,

Tezdən açır, vaxtsız solur, neyləyim?

***

Nərgizlərin gözü yaşla dolanda,

Bənövşələr baxıb qəmgin olanda,

Qərənfilin gözü yolda qalanda,

Yasəmən saçını yolur, neyləyim?

***

Əsən ruzgarın da yoxdur vəfası,

Düşmüşdür başına özgə sevdası.

Lalənin çırılıb qəmdən yaxası,

Saçları pərişan olur, neyləyim?

***

Bəlkə tez gələsən, əlac verəsən,

Sünbülün saçını yığıb hörəsən,

Əlvan çiçəkləri özün dərəsən,

Gözləri yollarda qalır, neyləyim?

***

Çəkir çiçəklərin gözü intizar,

Ayrılıqdan betər dünyada nə var?..

Bu bahar axşamı səni bax, Nigar

Həzin-həzin yada salır, neyləyim?

# 2638 dəfə oxunub

Müəllifin son yazıları

# # #