Rasim Qaracanın imza günü olacaq

Rasim Qaracanın imza günü olacaq
12 fevral 2020
# 18:39

Rasim Qaracanın “Mənim həyatımı yaz” adlı yeni hekayələr kitabı çap olunub.

Kulis.az-ın verdiyi xəbərə görə, kitabda yazıçının son zamanlarda yazdığı 17 hekayəsi toplanıb.

Müəllif kitab haqda bunları bildirib:

"Mənim həyatımı yaz" həm kitabdakı hekayələrdən birinin adıdır, eyni zamanda kitabın bütün məzmununu ifadə edir - burada tanıdığımız insanların həyatının müxtəlif bədii transformasiyaları, psevdoavtobioqrafik elementlər, eyni zamanda bir çox ədəbi əsərə allyuziyalar öz əksini tapıb. Hekayə yaradıcılığında özümə aid olan bir çox yeniliklər etməyə çalışmışam, lakin bunları edərkən həyat gerçəkliyini nəzəri priyomlara qurban verməməyə çalışmışam. Bu kitabımın milli hekayəçiliyimizdə ciddi dönüş yaradacağına ümid edirəm”.

Kitabın təqdimat günü fevralın 15-də, Flora Hosteldə keçiriləcək.

Qeyd edək ki, “Alatoran” nəşriyyatında işıq üzü görən kitab 500 tirajla nəşr edilib.

Fotoğraf açıklaması yok.

# 2534 dəfə oxunub

Müəllifin son yazıları

# # #