Facebook haqda qəzəl yazıldı - MƏTN

Facebook haqda qəzəl yazıldı - MƏTN
12 fevral 2018
# 09:57

Kulis.az “Facebook” haqqında yazılan qəzəli təqdim edir.

Dedim, ey insta gözəl, bağrımı qan eyləmisən.

Dedi, bihudə gedər follov filan eyləmisən.

Dedim, bəlkə inboksa zada cavab yazasan,

Dedi, sən vaxtını gör harda ziyan eyləmisən.

Dedim, axırda məni feysdə rüsvay edəcəksən.

Dedi, sən sirrimi kometdə bəyan eyləmisən.

Dedim, ey gül, səhifəndə dolanmaqdı işim

Dedi, xəstə, nə gözəl yerdə məkan eyləmisən.

# 1079 dəfə oxunub

Müəllifin son yazıları

# # #