Babəki məğlub edən sərkərdəyə ərəb şairinin yazdığı şeir - Mətn

Babəki məğlub edən sərkərdəyə ərəb şairinin yazdığı şeir - Mətn
2 may 2020
# 13:56

Azərbaycan tarixində önəmli şəxsiyyətlərdən olan Babəki məğlub etmiş Afşin və bu mübarizəyə həsr olunmuş filmlər çəkilib, romanlar, ssenarilər yazılıb. Babək Azərbaycanın xalq qəhrəmanı olduğuna görə biz bu mübarizədə daha çox onu vəsf edən əsərlərlə tanışıq.

Kulis.az Babəki məğlub edən türk əsilli ərəb sərkərdəsi Afşinin şəninə yazılmış şeiri təqdim edir.

Qeyd edək ki, Babəkə qalib gələndən sonra 838-ci ildə, Afşin 30 minlik ordu ilə Bizans imperatoru Feofilin ordusuna hücum edib, onları məğlub edərək qaçmağa vadar edib. Bu qələbə sayəsində 838-ci il 22 iyulda Amorium şəhəri alınıb.

Feofil ilə müharibədə Afşinin döyüş şücaətini mədh edən şair Hüseyn ibn əz-Zəhhak əl-Bəxilinin qəsidəsi:

Allahın hamisilə Əbu Həsənin qüdrəti
İrəm sütunlarından daha möhkəm oldu.
Kavus oğlanlarının İran hökmdarına
Onun yaratdığı şöhrət hamıdan üstün oldu.
Əl-Mötəsimin əlində əl-Afşin
Allahın qüdrətilə sıyrılmış qılınc idi.
Əl-Bəzzdə İrəmdəki heykəllərə bənzəyənlərdən başqa
Heç bir şeyin qalmasına imkan vermədi.
Gözlərindən peşmanlıq duyulan Babəki o,
Girov bir əsir kimi oraya gətirdi.
Sonra Feofilə vurduğu gözə nizə.
Hər iki ordusunu iki yerə parçaladı,
Feofil özü də qaçmağa üz qoydu.
Onların çoxu qırıldı, salamat qalanlar isə,
Sanki şişə çəkilmiş ət oldu.

# 6763 dəfə oxunub

Müəllifin son yazıları

# # #