“The Paris Review müsahibələri” kitabı çap olundu

“The Paris Review müsahibələri” kitabı çap olundu
31 yanvar 2020
# 16:39

“Qanun” nəşriyyatında “The Paris Review müsahibələri” adlı kitab nəşr edilib.

Kitabın tərtibçisi Qismət Rüstəmov Kulis.az-açıqlamasında bunları deyib:

“Dünyanın ən prestijli ədəbiyyat jurnallarından sayılan “The Paris Review” yarım əsrdən artıqdır ki, sənət dünyasının gizli qalmış tərəflərinə işıq tutur. Dünya ədəbiyyata yön vermiş sənətçilər bu müsahibələrdə ədəbi baxışlarını, həyat kredolarını, yazı vərdişlərini, ədəbi mühitlərini, dünyaya və ədəbiyyata aid fikirlərini oxucularla bölüşür.”

“The Paris Review” müsahibələri jurnalistlər üçün də əvəzsiz mənbə hesab edilir. Belə ki, burdakı müsahibələr janrın ən yetkin, ən sanballı nümunələri kimi dünyanın ən prestijli təhsil ocaqlarında tədris olunur. Ümid edirəm ki, peşakar ədəbiyyatçılar qədər ədəbiyyatsevərlər də bu kitabı bəyənəcəklər.”

Qeyd edək ki, kitabın tərcüməçisi İlahə Əkbərdir.

# 2838 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #