“Bu imzalar böyük hörmətə layiqdir!” – Mütəxəssislər tərcümədən danışdılar

“Bu imzalar böyük hörmətə layiqdir!” – Mütəxəssislər tərcümədən danışdılar
21 may 2020
# 15:32

Yazıçı-publisist Ayxan Ayvazın tərcüməçilərlə bağlı yazdığı tənqidi yazı polemikaya səbəb olub. Kulis.az yazıda adı çəkilən və çəkilməyən qələm adamlarından məsələ ilə bağlı münasibət öyrənib. Cavabları təqdim edirik.

Anar

Yazıçı Anar intihar edən məktəblidən yazdı » Reyting.az

- Son vaxtlar edilən tərcümələrlə çox da yaxından tanış deyiləm. Buna görə də geniş fikir demək üçün özümü hazır hesab etmirəm.

Vilayət Hacıyev

Vilayət Hacıyev: “Mükəmməl tərcümə mümkün deyil” – MÜSAHİBƏ

- Düzdür, tərcümələr tənqid olunur, ancaq mənə elə gəlir ki, əvvəlkinə nisbətən narazılıqlar, az da olsa, yumşalıb. Bu da təbiidir, çünki tərcümələrin keyfiyyəti nisbətən yaxşılaşıb. Bununla bərabər, bizdə tərcümə məktəbi hələ tam formalaşmayıb, tərcümə tənqidi, demək olar, yox səviyyəsindədir, ona görə də tərcümə təsərrüfatımızda pərakəndəlik hökm sürür. Mən bilən, peşəkar tərcüməçi nəşriyyatların köməyi ilə "yetişir". Yəni bu işi bacaran şəxs yalnız tərcümə ilə məşğul olur və qazandığı pul onun dolanşığını təmin edir. Bizdə isə tərcüməyə, əsasən, əlavə qazanc mənbəyi kimi baxılır, çünki heç kəs bu peşə ilə dolana, aldığı "dilənçi payı" ilə ailəsinin saxlaya bilməz. Belə olan halda, nəşriyyatla qeyri-peşəkarların maraqları üst-üstə düşür, yəni əməyini satan tərəf əlavə cüzi məbləğə qane olur, alan tərəf isə istehsalçı kimi bundan nəsə qazanır. Beləliklə də, keyfiyyət, istər-istəməz, arxa plana keçir. Digər tərəfdən də, edilən tərcümələr, saf-çürük, təhlil olunmur, dediyiniz tənqidlər də yalnız sosial şəbəkələrdə "söz", uzaqbaşı, "cümlə" səviyyəsində olunur. Belə olan halda da, yaxın gələcəkdə "Tərcümə məktəbi"nin, "peşəkar tərcüməçi"nin yaranması və yetişməsinə ümid azdır. Mən demirəm ki, tərcümə tənqidi ilə "peşəkar tərcüməçi" yetişdirmək olar. Xeyr, sadəcə olaraq, olmuşları müxtəlif səviyyələrdə analiz etməklə ümid verən gənclərimizi - belələri çoxdur - istiqamətləndirmək mümkündür. Bu, istər tərcüməçilərimizin, istərsə də nəşriyyatlarımızın məsuliyyətini artırardı.

Səfər Alışarlı

Yay vidalaşmaları - Səfər Alışarlı

- Əgər tərcüməyə yaxşı pul verilsə və bunun müqabilində yüksək keyfiyyətli iş tələb olunsa, tərcüməçilər ciddi çalışar. İndi bu məsələ özünün tam həllini tapmadığı üçün bərbad tərcümələr çıxır ortaya. Yaxşı pul ödənsə və yaxşı tələbkarlıq olsa, işi irəli aparmaq olar. Bunun üçün peşəkarlıq lazımdır.

Mehriban Vəzir

Mehriban Vəzir: “Mirzə Cəlil Cümhuriyyət düşmənləri ilə yaxın idi ...

- Tərcümə işinin keyfiyyəti ciddi ədəbi problem olaraq qalmaqdadır. Bəzi hallarda isə məzhəkəyə çevrilmişdir. Eşitdiyimə görə, məşhur bir nəşriyyat ingilis dili, rus dili fakültələrində oxuyan tələbələrə, yəni dili hələ öyrənməkdə olanlara bir kitabı 10-15 səhifə paylayaraq, könüllü, yəni qonorarsız tərcümə etdirir və bu rüsvayçılığı pula satır. Ayıb, çox ayıb!

Mənə dəfələrlə Moskvada yaşayan həmyerlilərimiz tərcümə işi göndəriblər. Amma artıq tərcümə olunmuş və bəyənmədikləri işi. Tərcüməçi isə Yazıçılar Birliyini tövsiyəsi ilə seçilib.

Mətni başa düşməyim üçün orijinalını oxumaq zorunda qalmışam. Yəni redaktəyə gəlmir, aydın deyil, tərcümə makinasından çıxmış kimi bir şey...

İşin peşəkarları azdır, naşirlər və tərcüməçilər isə bir çox hallarda özlərinə hörmət etmirlər.

Əslində isə tərcümə işi dövlətin dil sahəsində mühüm stratejilərindən biri olmalıdır. Çünki tərcümənin keyfiyyəti, bolluğu dövlət dilinin gücü, bazası, zənginliyi, eləcə də himayəsi deməkdir.

Dünyada çıxan hər 4-cü kitab alman dilinə tərcümə edilir. Dövlət dövlət olanda ədəbiyyatı, kitabı, tərcüməsi yerində olur.

Şahbaz Xuduoğlu

Şahbaz Xuduoğlu: “Sabir Rüstəmxanlıdan aylarla küsülü qaldım ...

- Yazıdan daha çox oxucu rəyidir. Belə rəylər çox olur. Hamısına münasibət bildirmək olmur. Hər yerdə tərcümədən narazılıq edirlər. Ruslar rus dilinə olan tərcüməni bərbad hesab edirlər, türklər də eləcə.

Məncə, müsbət tendensiyanı görmək lazımdır. Həm də qaragüruh münasibətdən daha çox peşəkar münasibət göstərilməlidir. Belə olarsa, ümumi işimiz üçün faydası olar. “Qızılgülün adı”na pis tərcümədir deyən adamın kitab oxumağına çox ciddi şübhəm var. Hətta onun özünü yazıçı saymasına da. Peşəkarlığı kim müəyyən edir? Bir mətni başa düşməyib, bir yazıçının üslubunu bəyənməyib tərcümə pisdir demək çox yanlış yanaşmadır.

Firidun Ağazadə, Qılıncxan Bayramov, Araz Gündüz, Vilayət Hacıyev, Vilayət Quliyev, Kazım Səlimov, Samir Bulut, Sevil Gültən, Ruhiyyə Məmmədova, İlqar Əlfi, Xədicə İsmayıl, Mahir Qarayev, Ziya Fazil, Bəhlul Abbasov, Ramiz Abbaslı, Zülfiyyə Abdullayeva, Aqil Hacıyev, Etimad Başkeçid, Vüsalə Yarıyeva, Çimnaz Vəliyeva, Zakir Abbas, Fəxrəddin Veysəlli və başqaları. Bu imzaların hər biri tərcüməçi kimi böyük hörmətə və diqqətə layiqdir. Biz 70-ə qədər tərcüməçi ilə işləyirik. Əlbəttə, onların içərisində yeni başlayanlar da var. Onların naşılığına çox böyük dözümlə yanaşırıq və çalışırıq ki, ruhdan düşməsinlər. Tərcümə işinə davam etsinlər.

Zahid Sarıtorpaq

Düşmən həniri də gəlmir arxadan" – Zahid Sarıtorpaq » Kaspi ...

- Tərcümə işi mətnə olduqca səbrli və sərbəst yanaşma tələb edir. Bəzən tərcüməçi mətnin aurasına qapılıb sadəcə cümlənin şəklini çəkir ki, bu da anlaşılmazlıq yaradır. Ona görə tərcüməçi sərbəst olmalı, mətndə azad gəzişmələr etməkdən qorxmamalıdır. Eşitdiyimə görə, ingilis tərcüməçiləri lazım gələndə hətta bütöv abzasları silir, oxucusu anlamayacaq deyə mətnin bəzi yerlərini çevirmirlər. Amma bunu elə ustalıqla edirlər ki, mətn heç nə itirmir. Bizdə hələ bu cəsarət (belə demək olarsa) yox dərəcəsindədir. Düzdür, tərcümə məşəqqətli işdir, əslində, əsəri oxumadan, sevmədən çevirmək olmaz. Belədə, çox xoşagəlməz nüanslar ortaya çıxır. Onsuz da neyləsən də orijinaldakı kimi alınmayacaq. Hələ Nazim Hikmət deyirdi ki, hesab edin tərcümə etmək bir ürəyin şəklini çəkməkdir. Ürək alınacaq, amma çatlarıyla... Məncə, tərcüməçi də çalışmalıdır o çatlar az olsun.

Yalçın İslamzadə

Təkamül nəzəriyyəsi sübut olunub...” - Yalçın İslamzadə

- Haqlı tənqidə hər zaman müsbət yanaşmaqla bərabər, düşünürəm ki, müəllim yazıda diqqət çəkmək üçün ifrat pafosdan istifadə edib. Hətta özü-özünü inkar edib. Məsələn müəllif qeyd edir: “Təkamüldən dəm vururlar, ancaq hələ öz dilimizdə təkamül eləməyiblər. Elmi kitablar başdan-ayağa rəzillikdir, adam içinə çıxarılası deyil.” Əgər məsələyə təkamül prizmasından baxmaq istəyirsə, bir az əziyyət çəkib mənim ikinci tərcüməm olan “İblislərlə dolu dünya” kitabı oxuyub təkamül olub-olmadığına qərar versin. Mifoloji əsərlər dilimizə demək olar ki, tərcümə olunmayıb, yerləşmiş terminlər yoxdur. Mən yeri gəldikcə orijinal mətnlərdəkindən əlavə izahlar vermişəm ki, oxucu üçün anlaşıqlı olsun, daha əvvəl aldığım rəylər də belə olduğunu deməyə əsas verir.

# 5577 dəfə oxunub

Müəllifin son yazıları

# # #