İki uşaq anası olan arvadının əvvəllər fahişə olduğunu öyrəndi qayınatasından

İki uşaq anası olan arvadının əvvəllər fahişə olduğunu öyrəndi qayınatasından
4 dekabr 2012
# 11:12

Səbuhi Mürsəlli

Yağışlı gün

Payız fəsli mənim üçün qəmin simvoludur. Payız yağışları mənə qəmi, kədəri xatırladır. Hər gün olduğu kimi bu gün də yağış yağırdı, mən isə yağışda gəzməyi çox sevirdim. Yağışın mənə müsbət təsir göstərdiyini zənn edirdim. Parkda bir skamyada əyləşdim. Qonşumun qızı da öz nişanlısı ilə yanıma gəldi.

-Salam, əyləşmək olar?

-Buyurun.

Bir az söhbət etdikdən sonra tək qalmaq istədim və onlara bağışlayın getməliyəm deyə ağ yalan söylədim. Axı, nə edə bilərdim, tək qalmaq, təbiətlə vəhdətdə olmaq istəyirdim.

Parkdan çıxaraq şəhərin dağlıq hissəsinə-yayda hər kəsin piknik üçün getdiyi yerə getdim.

Öz-özümə xeyli danışdım. Ailəmi gözümün önünə gətirdim, sevgimi gözümün önünə gətirdim və onları itirdiyim günə lənət yağdırmağa başladım.

Birdən hamının bataqlıq deyə adlandırdığı, amma sadəcə su yığıntısından ibarət olan yerdən bir bağırtı gəldi. Fikirli idim və bu bağırtı sanki məni yenidən bu dünyaya qaytardı. Oturduğum yerdən dik atıldım və nə olduğunu anlamağa çalışdım.

Tez səs gələn yerə qaçdım və bir ağacın dalında gizlənərək nə olduğunu izləməyə başladım.

Payız-qış aylarında bura heç kim gəlmədiyi üçün şəhərin bu hissəsi bu aylarda həmişə kimsəsiz qalır. Elə həmişə bu aylarda da buradan ölü xəbərləri gəlir.

Gördüyüm qədəriylə 2 zorba kişi 1 xanımı dəlicəsinə döyürdülər və qışqıraraq xanıma nalayiq sözlər yağdırırdılar.

Bir an düşündüm ki, elə-belə şeylər yalnız mənim başıma gələr. Əgər buraya gəlməsəydim bunu da görməzdim. İndi neyləyə bilərəm, xanıma kömək etməsəm vicdan əzabından yaşaya bilmərəm. Amma “qoçaqların” əlində silah var idi, öz canım da bu halda təhlükəyə girə bilərdi.

Tez qışqır bağır saldım.

-Polis. Əllərinizi qaldırın.

Səsimi eşidən kimi elə bil qurbağa gölünə daş atıldı. Hamısı qaçdı və mən özümü cəld xanımın yanına çatdırdım.

-Xanım, nə olub sizə? Toplayın özünüzü. Bu saat təcili yardıma zəng edirəm.

-Yox, xahiş edirəm zəng etməyin elə də önəmli bir şey yoxdur.

-Amma, xanım...

-Dedim ki, yox. Çox sağ olun.

-Getməyə yeriniz varmı?

-Yox, amma siz narahat olmayın mən qalmağa yer taparam.

Nə isə, bir az söhbətdən sonra onu yola gətirərək evimə gətirdim. Onun çox acı taleyi varmış. Çox təsirləndim. Ona yemək, isti çay verib yatmağa yer göstərdim. Mənim yanımda yatmağa qorxurdu. Görünür, başına çox pis hadisələr gəlmişdi.

-Narahat olma. Sən yat, mən digər otağa keçirəm, istəsən qapını daldan bağla.

Digər otağa keçən kimi qapının səsini eşitdim. Həqiqətən bir insanın niyə belə qorxusu olmasını anlaya bilməmişdim. Səhərə qədər yatmadım, televizorun önündə oturaraq bugünkü hadisələri başımda çək-çevir edirdim. Pəncərədən səhərin ilk işıqları göründü. Tez qalxıb qəhvədanı qazın üstünə qoydum. Birdən düşündüm ki o, mənim evimdə qalır, amma mən onun heç adını belə bilmirəm. Mələyə bənzər üzü mənim qəlbimdə yavaş-yavaş yer etməyə başlamışdı. Getdim onu oyatmağa ki, gəlsin yemək yesin. Yavaşca qapını döydüm.

-Xanım, buyurun gəlin yemək yeyin.

-Sabahınız xeyir. Hə bu dəqiqə gəlirəm.

Biz yeməyə oturduq. Söhbət əsnasında adının nə olduğunu soruşdum.

-Adınızı bilmək olarmı?

-Əlbəttə, olar adım Selcandır, bəs sizin?

-Mənim adım isə Oqtaydır ,özüm mühəndisəm. Bir ildir Azərbaycandayam. Əvvəllər Almaniyada yaşayırdım, ailəmi bir qəzada itirdim. Bu hadisədən sonra Almaniya mənə çox sıxıcı gəldi və vətənimə qayıtdım.

-Mən isə son 2 aya qədər sadə bir ailəsi olan normal bir insan idim. Yoldaşım məni qumarda uduzdu ailəm dağıldı yoldaşımı və oğlumu öldürdülər məni isə axtarırdılar, siz olmasaydız bəlkə mən......

-Yaxşı, xanım, eybi yoxdur əsas odur ki, sizə bir şey edə bilmədilər.

Biz istər-istəməz bir-birimizə vurulduq. Sevgimiz çox tez alovlandı, artıq ayrı qala bilmirdik.

Bir gün Selcan mənə biz nə zaman evlənəcəyik deyə sual verdi, mənsə ona elə istəyirsən bu gün deyə cavab verdim. Çox sevindi sanki bu sözümlə dünyaları ona verdim.

Biz evləndik. Günlər o qədər tez keçirdi ki... Onunla olan günlərimdə sanki əvvəllər yaşamırmışam kimi hiss edirdim özümü.

Evliliyimizin ikinci ilində iki uşağımız oldu bir qız, bir oğlan. Adlarını Dəniz və Həyat qoyduq. Həyatımız çox firavan keçirdi ta ki, o yağışlı payız gününə qədər. Qapımız bərk-bərk döyüldü. Qapını açdım.

-Salam, buyurun kimi axtarırsız?

-Selcan burdadırmı?

-Bəli, kimsiz?

-Mən onun atası. Sən də onun yoldaşı olan axmaq olmalısan.

-Xahiş edirəm danışığınıza fikir verəsiz.

-Sən bilirsənmi ki, fahişə ilə evlisən?

Bu söz mənə ildırım kimi dəydi. Selcanın atasına bir sillə vurub qapını üzünə bağladım. Artıq bu söz içimi yeməyə başlamışdı. Axı necə bu üç ildə mən yalan bir həyat yaşamışam?

Selcanı da götürüb tanış olduğumuz yerə getdik. Bir yalan uğruna yenidən ailəm dağıldı. Selcanın başına bir güllə sıxdım.

Onun canız bədəni qamışlığa sərilmişdi. Yenə eyni məsumluqla mənə baxırdı. Daha dayana bilmədim. Üçüncü dəfə yeni həyat qurmağa canımda can qalmamışdı.

Lüləni sinəmə dayayıb tətiyi çəkdim. Ürəyimdə qopan ağrıdan qamışılığa yıxılmağımı hiss etmədim.

Güclə əlimi qaldırıb Selcanın buz kimi əlindən yapışdım və dodağıma apardım.

Hardasa uzaqlarda iki quş süzürdü...

# 2769 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #