Sən məni qucaqladın,nə üçün belə tez...

Sən məni qucaqladın,nə üçün belə tez...
12 dekabr 2014
# 13:25

Payız xəzanı

Bir payız sabahında danışırdı yarpaqlar...

Hərəsi bir ümidlə yaşayırdı yarpaqlar....

Çoxları sarı idi, bəziləri qonuru....

Sarının arasından, boylanırdı qızılı....

Bəzisi qəm görmüşdü, telinə dən düşmüşdü.

Bəzisisə kef görüb, sanki göydən düşmüşdü...

Çoxu gileylənirdi yaşadığı anlardan.

Bəzisisə şükür edir, razıydı həyatından....

Onlar duya bilmirdi xəzanın acısını...

Yarpaq hardan biləydi, xəzandı ömür sonu?

Xəzanı həyəcanla gözləyirdi yarpaqlar....

Yalnız yaşamaq haqda düşünürdü yarpaqlar...

Qopdu tufan, əsdi yel, gəldi payız xəzanı......

Yarpaqları endirdi, əzdi payız xəzanı...

Bax beləcə yox oldu yarpaqların dünyası.

Heç zaman pozulmayır, Yaradanın yazısı.......

Sənsizliyi təsvir etmək......

Sənsizliyi təsvir etmək.......

Çox çətindir...

Dözülməz bir ağrıdır o....

İşıq yoxdur, qaranlıqdır.

Küləklər də, sazaqlıdır.

Sənsizliyi təsvir etmək.....

Əlacsız bir dərd kimidir.

Daldalanmış ər kimidir.

Tapdalanmış mərd kimidir.

Sənsizliyi təsvir etmək......

Acılarla qıvranmaqdır,

Acı həsrəti dadmaqdır....

Acını məlhəm sanmaqdır

Sənsizliyi təsvir etmək...

Bütün naləm, ah-fəryadım,

Dərdlə açılan sabahım...

Bu dərdi mən necə yazım?

Sənsən ən böyük günahım....

***

Sən məni qucaqladın,

Nə üçün belə tez kədər?

Bəxtsiz tale yaşadım...

Qara qismət, dərd kədər.

Sən məni qucaqladın,

Nə üçün belə tez kədər?

Sevgi payın qəm verib,

Dərdi dağ edən kədər...

Cavanlığın coşqusun,

Yaşatmadın sən kədər...

Qəlbdə şahlıq edirsən...

Bu dərdlər bitər məgər?

Sən Sultan Süleymansan,

Mən sənə nökər kədər....

Bir sual var içimdə

Dillən, cavab ver kədər...

Sən məni qucaqladın,

Nə üçün belə tez kədər?

# 1415 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
#
#
# # #