Qara tellərinlə öpüşdükcə

Qara tellərinlə öpüşdükcə
19 iyun 2013
# 13:06

Şəmşad Ağa

Yaranışdan dəniz elə sevgi demək...

Mavi gözlüm, nə donubsan heykəl kimi bu sahildə,
donuqluğun göy Xəzəri darıxdırır...
Heç olmasa bircə kəlmə danış dəli dalğalarla,
bu susqunluq dalğaları kükrəməkdən karıxdırır...

Xəzri qara tellərinlə öpüşdükcə, coşur dəniz,
qisas deyil, sevgidəndir sevənlərin küsüşməsi...
Təbiətin əsəridir bu gözəllik, bu işvə-naz:
dalğalarla sahillərin bir-birini qucaqlayıb sevişməsi...

Mavi gözlüm, fırtınadan öncə susub, donar dəniz,
dilə tutub yola salar dalğaları uzaqlara...
Ürəklənər qağayılar... qiyyə çəkib qanad çalar,
qanad çalıb tumar çəkər göy sulara...

Yaranışdan dəniz elə sevgi demək, bilirsənmi?
sev dənizi, sev dənizi ki, arzuna tez çatasan...
Belə sakit duruşundan bilirəm ki,
sən özün də dəniz boyda fırtınasan...

Belə qəmgin, belə ürkək, belə donuq baxışlardan,
bəzən özün gülümsəyib diksinirsən uşaq kimi.
Söylə hansı rüzgar çəkib atdı səni bu sahilə,
kükrə, danış, bir az da əs rüzgar kimi...

# 2738 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #