Bacı niyə yas saxlayır?

Bacı niyə yas saxlayır?
21 oktyabr 2013
# 07:00

Vicdanımın qəddi bükülmüşdü

Nərgiz İsmayılova

Alarmın səsiylə diksindim...

Yenə səhər olmuşdu , çox sevdiyim gecənin qoynundan çıxıb səhərə alışmaq asan deyildi.Tələsik hazırlaşırdım. Feni elektrikə taxdım ve qadınların vazgeçilməz işi olan makyajıma başladım.

Çöldə yağan çılgın yağış məni yanına dəvət edirdi.Nəhayət makyajı yarıda buraxıb yanına getdim yağışın.

Yenə Tanrını kim qəzəbləndirmişdi axı? Yenə kim incitmişdi Tanrını?! Göz yaşlarına hakim ola bilməyən Tanrıya lap yazığım gəlirdi.

Deyəsən, onun hələ insanlardan öyrənəcəyi çox şey var idi. Ən pis durumda belə göz yaşlarını içinə axıdan insan oğlundan, ürəyindən axan qanın istisi içini dağlayan insanoğlundan öyrənəcəyi çox şey var idi Tanrının...

Gülümsəyirdim bu düşüncələrimə...

Gözüm bir dövlət idarəsinin önünə ilişdi, gülümsəməm çilik-çilik olub ayaqlarımın altına töküldü. Mənə baxan bir cüt qara göz məni özünə bağlamışdı. Gülümsəyirdi qara gözlərindən saflıq axırdı.

Zorla gülümsəməyə çalışdım. Boğazıma ilişib qaldı təbəssümüm. Udquna bilmədim. Əllərini mənə tərəf uzadıb əl salladı. Mən də onu yamsıladım...

“Burda neynirsən ? Yağış yağır, islanarsan,axı hava soyuqdu, üşüyərsən, axı maşın çoxdu əzilərsən...”

Barmağıyla işarə etdiyi tərəfə baxdım, 33-34 yaşlarında gənc bir qadının binanın pilləkənlərini süpürdüyünü gördüm. “Anamlayam bacı mənə heç nə olmaz, anam yanımdadı qorma bax mən də qorxmuram...”

Yanından bağçaya tələsən həmyaşıdlarına baxıb gülümsəyirdi, hərdən anasının yanına qaçıb nəsə deyirdi. Ana isə gülümsəyə bilmirdi, körpəsinin saçlarını sığallayırdı və ananın dodaqları xəfifcə tərpənirdi. Bəlkə də deyirdi: “Qoy bu ay bəlkə imkan oldu, o miqdarı tapdım səni də bağçaya yazdırdım” ...

Anası yerləri süpürərkən daş pilləkənlərin üzərində oturan, bəzi dırnaq arası insanların ayaqlarının palçığını, tozunu sildikləri xalı parçasını oynadan bir körpə...

Bəlkə də gələcəyi gözəl olacaq? Bəlkə də ...

Ax ümidlər insanı lap əldən salıb, lap bezdirib. Lənətə gəlmiş ümidlər.

İndi azadlığının dadını çıxardan, illər sonraysa o günləri düşündükcə əzab çəkəcək, insanlığa nifrət edəcək bir körpə...

Gənc ananın əzablı üzü ağrılı həyatının xəritəsi idi.

İsti yatağımı, evimi və iş yerimi düşündüm.

Utandım! Utandım! Utandım!

Nəyə lazımdı bu iki əl ? Əldən bir şey gəlmirdisə, axı nəyə lazımdı bu əllər? Nəyə lazımdı, nəyə?

Ürəyim əriyirdi.

Vicdanımın qəddi bükülmüşdü.

Bacı ağlayır anacan, bacı niyə ağlayır?

İndi anlamıştım Tanrı niyə ağlayır, niyə hayqırır, yaratdıqlarının vurdumduymazlığı, insafsızlığı ucbatından Tanrı da vicdan əzabı çəkirdi... Hə Tanrının insanoğlundan öyrənəcəyi çox şey var idi çox şey ...

Bacı niyə ağlayır?

“İnsanlıq ölüb, bacı yas saxlayır, bacı ona görə ağlayır balaca.”

# 1670 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #