Bətnimdəsən bir əsrdir

Bətnimdəsən bir əsrdir
28 oktyabr 2016
# 15:09

Xəyalə Əliyeva

Mən ağacam;

bir payıza boyun əyən,

bir küləyə soyunan,

mən küləyəm;

gözüm nuru, mədət umma,

bekarayam.

Gah şimala, gah cənuba əsib-əsib,

imarət yox, dam yıxıram,

süpür gozundən qəhəri,

etmə belə.... mənəm də, unut getsin…

Bir özü ilə bacarmayan

adam gərək unudulsun.

Qurban olum, yox, unutma,

unudulmaq məzar kimi vahiməli,

qorxunc hisdi...

ən gözəli, ovut məni,

ovut ki, ümidim olsun,

dözümsüzəm...

sən unutma,

unudulmaq qadın üçün

yad bədəndə xatırlanmaqdı…

And verirəm sən unutma...

Unudulmaq qorxusudur

saçlarıma hüzün çəkən,

kim desə ki, siyah olur kədər rəngi,

sən inanma, gözüm nuru,

saçım kimi bəyaz olur hüzün rəngi...

yad qadından olan adam,

bətnimdəsən bir əsrdir,

lap uzağa getsəm belə,

böyüyürsən hər keçən gün...

Gileylənmə gedişimdən,

bu gediş də gediş deyil,

yüz illik bir tənhalıqdır,

bizim tənhalığımız elə

Ayrılıqdan qalan vərdişdir...

Kürəyində yükün kimi,

dizlərində gücün kimi,

əllərində ovcun kimi sıx,

dərində saxla məni…

Necə deyim unut getsin?

Yox, unutma!

Allah haqqı, Quran haqqı

bir günlük yoxluğun bir əsrə bərabərdir...

# 2879 dəfə oxunub

Oxşar xəbərlər

"Lolita"nın nəşr  macəraları...

"Lolita"nın nəşr macəraları...

15:00 19 avqust 2025
Dünyanın ən məşhur musiqi festivalları

Dünyanın ən məşhur musiqi festivalları

10:00 9 avqust 2025
Əsərləri bütün dünyada sərgilənən azərbaycanlı rəssam

Əsərləri bütün dünyada sərgilənən azərbaycanlı rəssam

16:50 7 avqust 2025
Nağıl dünyası yaradan sətirlər - Günel Natiqqızı

Nağıl dünyası yaradan sətirlər - Günel Natiqqızı

14:00 26 may 2025
Qanadı qırılmış şam ağacları - Şahnaz Şahin

Qanadı qırılmış şam ağacları - Şahnaz Şahin

15:05 21 may 2025
Pəncərədə işıq - Günel Natiqqızı

Pəncərədə işıq - Günel Natiqqızı

17:00 7 may 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər