Fəxri ad alacam
Bu gecə şeir yazacam...
-çoxdandı yazmadığım üçün.
Yazacam ki, reytinqləri aşım sənin üçün.
Bu gecə anti reklam edəcəm özümü,
Yazacam bu gecə söz düzümü.
Sabah söyəcəm Füzuli babamı...
-tanıyacaq məni hamı.
Selikon qoyduracam “S”-ya,
Qaynaq etdirəcəm “O”-nu...
-“Ö” olacaq, “Ö”
Bu gecə “Z”-ya zurna çalacam,
Sabah fəxri ad alacam.
Səni sevən gülmüşəm
Damlalardan yarandın,
Damlalara dönərsən,
Həyatımın mənası, Sən...
-mənsiz necə ölərsən?
Damla , damla köçən sən,
Bir də mənəm torpaqda,
Bulud olub yağan sən,
Qarşıladım torpaqda.
Ölmüşəm mən, Ölmüşəm,
Başına bəla çönmüşəm.
Səni sevən gülmüşəm,
Gömülmüşəm torpağa.
Ağrılarım var
Yenə gecədi, yenə ağrılarım var...
Ağrıya hamiləyəm mən.
Səninlə ayrıldıq, yaxşı oldu,
Məni bu halda görməyini istəmirəm.
Hər an ağrıdan ağrı doğuram,
Sevgiyə ağrılarımla yoğruluram.
Gecə saat ikidi...
İki aksenfort, iki dikonim içmişəm,
Deyəsən keyimişəm,
Daha məni sevməyini də istəmirəm.
Günorta sümüklərim yamanca ağrıdı...
Həkimə getdim.
Qan analizinə yolladı məni,
Amma analizə getmədim.
Qorxuram səni...
Qanımda taparlar səni.
Yaxşısı budu dözüm ağrılara,
Yaxşısı budu mən köçüm varağlara
Cır at məni, uçum dağlara.
Hər gün ağrıdan ağrı doğunca,
Yoğrulunca beləcə sevgimə,
Sən də qanımla köç iliyimə.
F 3
Özümü itirmişəm, itirmişəm səninlə birgə,
Axtarışa ver məni kompüterində “F 3”-lə.
Ya da ki, “Vızıv” at əlimə...
-əllərim qovuşsun əllərinə.
Gəl tap məni təcili yardım gəlincə,
Dur gəl elə bu gecə, elə indicə.
Bir də sabah olsun,
Gün zülmətdən yorulsun.
Anam nəzir paylasın sənin gəlişinə...
-zamanın bu işinə, gərdişinə.
Sağlıqlar deyilsin “Facebook”-a, “Twitter”-ə,
Bəyənilsin səhifələrim, qovuşsun əlinə əllərim.
Əl-ələ verib təbliğ edək məni,
Sənə yazdığım sevgi şeirlərini.
Gecədi...Ağrılarım var. Ağrıya hamiləyəm yenə
Oxşar xəbərlər
İnsanla təbiətin bəhsi - Vahab İsmayılzadə
17:30
23 dekabr 2024

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov
15:18
9 dekabr 2024

Sabahdan sonra - Yeni hekayə
13:17
3 dekabr 2024

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı
10:31
15 noyabr 2024

Fotoqrafın həyatının son günü - Feyruz Muradov
11:08
18 oktyabr 2024

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov
13:50
27 avqust 2024