Yeni ildə izləyəcəyiniz 10 film

Yeni ildə izləyəcəyiniz 10 film
1 yanvar 2026
# 15:00

Kulis.az ən yaxşı Yeni il filmlərinin siyahısını təqdim edir.

1. “Evdə tək”

Filmin rejissoru Kris Kolambusdur. Filmin süjeti: Milad ərəfəsində valideynləri balaca Kevini evdə unudub tətilə gedirlər. Evdə tək qalan Kevin isə nəinki başını itirmir, üstəlik iki oğrunun da öhdəsindən gəlir.

2. “Qrinç – Milad oğrusu”

Filmin rejissoru Ron Hovardır. Film adamayovuşmaz Qrinçin Miladı oğurlamasından bəhs edir.

3. “Qütb ekspressi”

Eyni adlı uşaq kitabının əsasında hazırlanmış ekran işi. Balaca oğlanın Milad ərəfəsində sehirli qatarla səyahətindən bəhs edir.

4. “Evdə tək 2: Nyu-York sərgüzəştləri”

Kevin MakKalisterin Nyu-Yorkdakı sərgüzəştlərindən bəhs edir. Bunun üçün onun kifayət qədər pulu, kredit kartları var. Xatırladaq ki, filmdə ABŞ-ın yeni prezidenti Donald Tramp da epizodik rolda çəkilib.

5. “Elf”

Rejissor Con Favronun Santa-Klausun torbasında gizlənib Şimal Qütbünə düşən və orada elflərə rast gələn balaca oğlan haqqında ailə komediyası.

6. “Santa Klaus”

Milad gecəsi oyuncaq satıcısı Skott Kelvin evinin damında qəribə qocaya rast gəlir. Onu qovmaq istərkən elə qorxudur ki, qoca ürək tutması keçirir. Sən demə qoca Santa Klaus imiş, Skott indi onun yerinə işə çıxmağa məcburdur.

7. “Santa Klaus 2”

Santa haqqında əhvalatın ikinci hissəsi. Növbəti yeni il ərəfəsində qəhrəman birdən xatırlayır ki, müqaviləyə əsasən o özünə təcili Missis Klaus tapmalıdır. Çünki Santanın subay olması qaydalara ziddir.

8. “Milad əhvalatları”

Robert Zemekisin filmi. Bu ibrətamiz viktorian əhvalatında xəsis qoca Ebenzer Skrucdan bəhs olunur.

9. “Dörd Milad bayramı”

Milad bayramını valideynləri ilə keçirmək istəyən Bred və Keyt adlı sevgililər haqqında melodram komediya. Amma hər ikisinin valideyni boşanıb. Buna görə də onlar gün ərzində dörd yerdə olmalıdırlar.

10. Qəribə təsadüf və ya həmişə təmizlikdə

Rejissor Eldar Ryazanovun rejissorluğu ilə 1975-ci ildə çəkilmiş ikiseriyalı sovet filmi. Yeni il gecəsini keçirməmişdən qabaq Jenya adətə görə hər il olduğu kimi dostları Pavlik, Saşka və Mişka ilə hamama gedirlər. Pavlik elə həmin gecə Leninqrada uçmalı olduğunu deyir. Dostlar hamamda o qədər içirlər ki, hər biri möhkəm sərxoş olur. Nəticədə, Saşka və Mişka Leninqrada səhvən Pavliki yox, Jenyanı göndərirlər.

# 1556 dəfə oxunub

Oxşar xəbərlər

“Yağışdan sonrakı əks-sədalar”  qısametrajlı filminin nümayişi oldu

“Yağışdan sonrakı əks-sədalar” qısametrajlı filminin nümayişi oldu

17:00 20 may 2026
"Haysiyet"in baş rolları açıqlandı

"Haysiyet"in baş rolları açıqlandı

16:42 20 may 2026
Qiyamət ssenarisi reallaşır? – Alimlərin gizlətdiyi dəhşətli həqiqət

Qiyamət ssenarisi reallaşır? – Alimlərin gizlətdiyi dəhşətli həqiqət

15:00 20 may 2026
“Yulaf dönərgə” Kann Beynəlxalq Kino Festivalında

“Yulaf dönərgə” Kann Beynəlxalq Kino Festivalında

13:30 19 may 2026
"Kann"ı silkələyən azərbaycanlı aktyor - Xalq artistinin nəvəsi Hollivudun diqqət mərkəzində

"Kann"ı silkələyən azərbaycanlı aktyor - Xalq artistinin nəvəsi Hollivudun diqqət mərkəzində

13:26 19 may 2026
Rejissor Türkan Hüseynin layihəsi beynəlxalq proqrama seçildi

Rejissor Türkan Hüseynin layihəsi beynəlxalq proqrama seçildi

13:00 19 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər