Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı 10 gün davam edəcək - Proqram

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı 10 gün davam edəcək - Proqram
31 avqust 2019
# 10:34

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi sentyabrın 18-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.

Mədəniyyət Nazirliyindən kulis.az-a verilən xəbərə görə, açılış mərasimində Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Rusiyanın məşhur violin ifaçısı P.İ.Çaykovski adına XVI Beynəlxalq Müsabiqənin birincisi Sergey Doqadin çıxış edəcək.

Proqramda Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Uvertüra, Yan Sibeliusun Skripka və orkestr üçün Konserti və görkəmli bəstəkar, Xalq artisti, akademik Arif Məlikovun əziz xatirəsinə onun 6 saylı Simfoniyası səsləndiriləcək. Həmişə olduğu kimi, bu dəfə də festivalın proqramı zəngin olacaq.

Sentyabrın 30-dək davam edəcək builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.

Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.

# 3881 dəfə oxunub

Oxşar xəbərlər

"Snouden"in müəllifindən yeni film

"Snouden"in müəllifindən yeni film

18:50 26 may 2026
Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

12:48 25 may 2026
"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

11:00 25 may 2026
Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

10:17 25 may 2026
"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

13:36 23 may 2026
Tom Hardi "MobLand" dan qovuldu

Tom Hardi "MobLand" dan qovuldu

12:04 23 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər