Arvadını dostuyla yataqda tutan azərbaycanlının zarafatı

Arvadını dostuyla yataqda tutan azərbaycanlının zarafatı
28 mart 2019
# 17:31

Kulis.az Rəvan Cavidin “İkinci Pərdə” – kino yox, hələ kadr” adlı yazısını təqdim edir.

Sənəti iki halda uğursuz hesab etmək olar: ya milli rəngləri estetik təqdim edə bilmir, ümumiyyətlə, onları düzgün seçməkdə çətinlik çəkir, ya da bəşəriliyi bayağı (müəllif bu cür mövzuları vacib milli detal kimi görür) tonlarla bəzəyəndə. Xüsusən də postmodern erada hansısa dəyəri tamaşaçıya və ya oxucuya müqəddəs bir büt kimi təqdim edirsənsə, sən artıq uduzmusan. Məsələ mövzuların dünyaya maraqlı olub-olmamasında da deyil. Sənətkarın vəzifəsi də elə maraqlı olmayanı göz önünə gətirməkdi. Aid olduğun mühitin içindən çıxaracaqsan əsəri, mütləq təxəyyülündə yaxşıca yoğurub. Təxəyyül isə onsuz da bəşəri olur. Mətn yaradıcı abu-havadan uzaqdırsa, demək, sənət konteksində də alınmamış, yarımçıq, natamam görünəcək.

Emil Quliyevin milli kino cəhdinə keçməmişdən qabaq iranlı rejissor Əsgər Fərhadinin eyni cəhdinə və uğuruna nəzər salıb kameranı mövzuya çevirəcəm.

“Oskar” mükafatı qazanmış “Satıcı” filmi ilə “Pərdə” filmi arasında iki oxşar cəhət var. Birincisi, ailə dəyərləri, ailə namusu haqqında orta şərq ssenarisi, ikincisi, məişət dili və etikası. Bəs fərq nədədir? İranlı rejissor öz ölkəsinin ailə dəyərlərinə bələddir, iranlılar üçün namus hansı ifadəni verir – bilir və Qərb dəyərlərini də müşahidə edib, onların ortaq və fərqli yönlərini özü üçün aydınlaşdırıb. Kinodan iranlı obrazları çıxarıb yerinə fransalı ortayaşlı cütlükləri qoysanız, heç nə dəyişməyəcək. Bəşəri olmaq budur. Ailə dəyərləri dünyanın hər yerində hər kəsi düşündürür – bu, ssenarinin bəşəri tərəfi, necə düşündürür – bu isə rejissora öz coğrafiyasını bəlli etmək avantajı. Emil Quliyevin “Pərdə”lərində birinci yarımçıq idi, ikinci isə yox idi.

Related image

Əsgər Fərhadi ilə Emil Quliyevi yan-yana qoymaq yaxşı misal olmaya bilər (niyə də yox?!), sadəcə hər iki rejissor eyni şeyi çəkmək istəyib, buna görə, belə bir fərqləndirmə aparmaq məcburiyyətində qaldım (bəlkə də yox).

“Pərdə” filmlərinin ilk uğursuzluğu burada idi – ssenaristlər və quruluşçu rejissor özlərini yormamışdılar. Yaradıcı bircə detal da yoxdu filmdə. Hətta operator işi kimi də “İkinci Pərdə” filmi “Pərdə”dən geridə qaldı, təəssüf! Film real hadisələrin kopyası idi. Buna kino demək olarmı?! Və daha da betəri, bu hadisələr günümüz üçün öz aktuallığı itirmiş və ya daha dəqiq desək, müzakirə mövzusu olmayacaq məsələlərdi. Dünya standartları üçün (ssenarini nəzərdə tuturam) “Pərdə”lər sıfırdan azca yuxarıdadır. Rejissor işi kimi isə müasir kino industriyası üçün xeyli yaxşı hesab olunsa da, bu yaxşını ssenaristlər və ya rejissorlar deyil, həm birinci filmdə, həm də ikinci filmdə aktyorlar ortaya çıxarıb. Kinonun komanda işi olduğunu yadımıza salanda görürük ki, aktyorlar olmasa, bu komanda rəzil bir iş ərsiyə gətirərdi.

Film sadəcə azərbaycanlı kütləyə hesablanıb, yəni lokaldı. Mövzu azərbaycanlı olsa da, aktyorlar özlərini ingilis kimi aparır.

Image result for ikinci pərdə

Aksentdən və dialoqlardan savayı aktyorların əynində bircə dənə də olsun “bakılı libası” yox idi. Arvadını və dostunu yataq otağında xəyanət edərkən görən azərbaycanlı tarantinosayağı ikisi ilə də məzələnir. Biz isə emilsayağı bir şey gözləyərdik. Yəni obrazlar milli deyil. Mövzu isə artıq banaldı. Bu mövzu hansısa filmdə ssenarinin ikinci və ya üçüncü bir qolu kimi yazıla bilərdi, əsas olaraq “namus-qeyrət məsələsindən yapışmaqları” filmlərin ağırlığını azaldır.

Final səhnəsində rejissor nə demək istəyib? Ümumiyyətlə, bu filmlər nə çatdırmaq istəyir?

Image result for ikinci pərdə

Demək istədiyim odur ki, kinonun intellektual qatı yoxdur, ibtidai sinfi bitirən şagirdin danışdığı söhbətdən başqa bir şey deyil. Sual yarana bilər ki, vacibdirmi film nəsə desin? Təbii ki yox! Ancaq nəsə demirsə, göstərməlidir. Emil Quliyevin “Pərdə”ləri nə göstərmək istəyibsə, hamısı pərdə arxasında qalıb.

Filmlərin hər ikisində aktyor seçimi yaxşı idi. Xüsusən, “İkinci pərdə” filmində Hikmət Rəhimov və Qorqud Cəfərin peşəkarlığını danmaq günah olar.

Niyə sevdilər? Niyə baxdılar?

Image result for ikinci pərdə filmi

Çünki hər kəsin bu mövzuları açıq-aşkar danışmağa ehtiyacları var və hamı milli dəyərlərin və mentalitetin əsiridir. Emil Quliyev isə kinoda bu əsirlərin qandallarını qırmalıydı. Ki, qırmadı. Sadəcə onlara necə bir şəraitdə məhbus olduqlarını göstərdi. Yəni tamaşaçıya heç bir iş düşmədi. Düşünmək lazım deyildi, xatırlamaq lazım deyildi, çözüm yolu tapmaq lazım deyildi. Niyə? Ona görə ki, Emil Quliyev də bunları – bu dəyərləri qırmaq istəməmişdi.

Yenidən həmin vacib nüansa geri qayıtmaq istəyirəm. Sənət o zaman sənətdir ki, özündə gələcək üçün bir simvol daşısın, təxəyyülün bütün imkanlarından istifadə etsin, ən əsası xilas etməyi bacarsın. “Pərdə” filmləri bu mənada kino yox, ard-arda çəkilmiş fotolentlərdən başqa bir şey deyildi.

Növbəti “Sonuncu Pərdə”də rejissora uğurlar arzulayıb kameranı söndürürəm.

# 7762 dəfə oxunub

Oxşar xəbərlər

Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
#
#
# # #